Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi "Elk" fraksiyası və "Sarukyan" bloku parlamentdə 40 mandata sahibdir.

"Elk" müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.
Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovoya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerovoya getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Tarix : 24-05-2012, 02:13
Ermənilərin Bakı nostaljisi
Onunla bu yaxınlarda təsadüfən tanış olmuşdum. Özü yaxınlaşıb “Bakıdansanmi?”-soruşanda fərqli ləhcəsinə baxmayaraq, həmvətənlərimizdən sandım. “Mən də Baklıyam.. Bakı ermənisi”-deyen 65-70 yaşlarında olan Seron adlı qadın yarı rusca, yarı azərbaycanca Bakı xatirələrini danışdı.

Dediyinə görə, 1989-cu ilə qədər Bakıda yaşayıb. “Ömrümün ən gözəl illəri de elə orda kecib... Cox yaxşı günlər idi.. “
Uzun-uzadı Bakıdakı günlərindən, yaşayışlarından danışdı: “ Evimiz Nəsimi bazarının yaxınlığında idi. Orda biz cox idik, yəni ermənilər cox yaşayırdi. Yaxşı da yaşayırdıq. Allah mərdimazara lənət etsin, heç bilmirdik türk kimdi, ermeni kimdi. Qonşularım hamısı türk idilər, hec vaxt onlardan bircə kəlmə özümü yad millət kimi hiss edəcəyim söz eşitmədim. Mənə də Sara xala deyirdilər.

Seron deyir ki, Ermənistanda doğulsa da özünü həmişə baklı hesab edib. “Atamın işiylə əlaqədar Azərbaycana gələndə mənim 12 yaşım vardı. Ermənistanda uşaqlığım ara-sıra yadıma gəlir. Ərim də Bakı ermənisi idi, ona görə də İrəvana qayidanda bizi orda yaçamağa qoymadılar. ” Erməni qadının dediyinə görə, 1989 –cu ildə Bakıdan evlərini satıb Ermənistana gediblər. Amma orda yaşaya bilməyiblər. Yerli ermənilər Bakidan gələnlərə “Türkdən dönmə” deyirmişlər və kompakt toplaşmaga, bir yerdə yaşamalarına imkan verməyiblər.

“Adət-ənənələrimiz cox fərqlənirdi. Biz sizdən görüb-götürmşdük, türklərlə qaynayıb-qarışmışdıq. Ona görə də yerlilərin hərəkətləri bizə xoş gəlmirdi, bizim hərəkətlərimiz də onları qıcıqlandirirdı. İndi Ermənistanda cox az Bakı ermənisi qalıb, coxu ya İsrailə, ya Rusiyaya, ya da ayrı ölkəyə üz tutub gediblər. Biz də Bakıdan satdığımız evin puluna bir həyət evi almışdıq. Bir gün ərim həyətdə evin bir tərəfini artirmaq ücün daş hörürdü, “ucastkovıy” (sahə müvəkkili) açdı darvazanı girdi həyətə ki, icazəsiz nə tikirsiniz? Ərim yaxinlıqda bel vardı, onu götürdü getdi “ucastkovının” üstünə. Dedi, sən bir də mənim həyətimə qapını döyməmiş girsən, səni doğrayacam. Həyətdə qız-gəlin var, ailə var. O da təəccüblə soruşdu ki, nə olsun ki, ailə var? ” Sonra da lağ eldi ki, türkdəndönməsiniz, onların adət-ənənəsini götürmüsüz. Gedin Azərbaycanda yaşayın, buranı bəyənmirsinizsə. Onunla da yığışdıq gəldik Rusiyaya.”
Seron deyir ki, bir necə il əvvəl onların Azərbaycana getmək ümidləri artıb. “Söz-söhbət gəzdi ki, sülh baglanır, əvvəlki kimi olacaq hər şey. Elə sevindim ki, fikirləşdim kaş bircə gün də olsa gedb Bakını, küçəmizi, azərbaycanlı qonşularımı görə biləm. Hətta burdan rus pasportu olan Bakı ermənilərindən gedənlər də oldu. Yarmarka açılırdı, orda yer götürüb gələcəyinə işləmək ücün nəzərdə tuturdular. Amma sonralar gördülər dəyişən heç nə yoxdu, vəziyyət pisdi Azərbaycanda, qayıtdılar gəldilər”

Hələ də Bakı nostaljisi və arzusu ilə yaşayan Seron deyir ki, əgər sülh olsa, vəziyyət düzəlsə, Azərbaycana üz tutan ilk ermənilərdən olar və ömrünün sonuna qədər Bakıda yaşayar.
Bakını yuxularında görüb hələ ki, ona röyasında qovushan Seron aralığı qarışdıranları söysə də, Qarabağ kəlməsini ağzına almadı.
Fidan Hüseynova
/Yenises.ru/




Baxış: 3315 | Bölmə: Reportaj
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru