Türkiyə İraq Kürdüstanından neftin tranzitini dayandira bilər
Türkiyənin baş naziri Binalı Yıldırım müstəqillik referendumunun keçirilməsi ilə əlaqədar İraq Kürdüstanından neftin tranzitinin dayandırılacağını istisna etmir. Bu haqda NTV-nin məlumatında deylilir.
Kürdlər müstəqil dövlət yolundamı?-Referendum başladı
İraqın Kürd müxratiyyəti ərazisində İraq Kürdüstanının müstəqilliyini istəyən referendum başlayıb. Bu haqda Rudaw agentliyi məlumat verib.
[i]НАСИБ НАБИОГЛУ - Светлой памяти моего друга, поэта Николая Горохова

Ушёл из жизни гениальный поэт, мой давний друг, переводчик, замечательный, чуткий, очень добрый человек, который был мне близок духовно и поэтически. Мы дружили более тридцати лет. Первый раз встретившись в 1985 году в Литературном институте в Москве, мы практически поддерживали непрерывное общение. Николай Алексеевич был одним из немногих друзей, с кем я часто встречался, созванивался, и постоянно держал связь. Он часто приезжал в гости к нам с супругой Тамарой.
Almaniyada  Angela Merkelin bloku 4-cü dəfə seçildi

Angela Merkel və onun Xristian Demokratik İttifaqı və Xrisrian Sosial İttifaqı (XDİ/XSİ) bloku sentyabrın 24-də Almaniyada keçirilən parlament seçkilərində qalib olub. Buna baxmayaraq hazırkı kansler və onun partnyorları az səs toplayıblar. "Almaniya üçün alternativ" millətçi partiyasının parlanmetdən keçməsi isə bir çox almanın Merkelin kursundan razı olmadığını göstərir. Alnamiya kansleri Merkel Rusiya üçün münasibətləri qaydaya salan vədiş etdilən partnyor kimi qalacaq.


Rusiyada "Türmədə hazırlanıb"  markasını qeydiyyatdan keçirmək istəyirlər

Rospatentə "Türmədə hazırlanıb" əmtəə nişanını qeydiyyatdan keçirmək üçün müraciət ediblər. "Moskva" agetliyində sənədin surəti var.
Tramp Kim Çen Inı "psix" adlandırdı
Amerika prezidenti Donald Tramp Şimali Koreya liderini dəli adlandırıb və onun görünməmiş çətinliklərlə üzləşəcəyini bildirib.
KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Doğma kəndimizdən ayrıldığım qırx ili adlayıb. Yox, bu illərdə yüz dəfələrlə görüşünə getmişəm, anamın təndirdə bişirdiyi əppəyin ətrini açıq doqqazımızın lap o başından yaxalayıb, təndirin yanına çatana qədər bu ətrin məstliyi ilə gəlmişəm. Tut vaxtında getmişəm, barama hörən qurd vaxtında getmişəm, yayın cırcıramasında, qışın ayazında-şaxtasında getmişəm. Kəndin şah damarı olan kanalın gur vaxtında, o kanalın qurumuş xəndəyi cadar-cadar olanda getmişəm. Novruzda yumurta döyüşməyə, payızda toylarda qol qaldırıb süzməyə getmişəm. Atalı-analı kəndimin yetimləşən günlərinə getmişəm.
Rusiya mətbuatı  BMT BA-nın iclasında İlham Əliyevin çıxışı  zamanı qızının  selfi etməsinə diqqət  çəkib


"BMT Baş Assambleyasında selfi: Azərbaycan prezidentinin qızı atasının çıxışı zamanı şəkil çəkdi" başlıqlı yazıda Leyla Əliyevanın üzündə heyrət ifadəsi olduğu qeyd edilib.

"Moskva"  ticarət mərkəzində miqrantlar kütləvi dava salıb
Daha çox miqrantların çalışdlğı "Moskva" ticarət mərkəzində mühafizə xidmətinin əməkdaşı ilə satıcılar arasındakı davada 150-dən çox adam iştirak edib. Kütləvi davada güllə səsləri də eşidilib.əri belə eşidilib.
ABŞ Dövlət departamenti Krıma görə Rusiyaya qarşı sanksiyanı qaldırmayacaq
Rusiyaya qarşı beynəlxalq sanksiyanın qaldırılmasına Krımın Rusiyanın tərkibinə keçməsi mane olur.

"Rusiya hətta Minsk anlaşmasını yerinə yetirsə belə, biz Ukraynanın Donbass üzərində süverenliyinin bərpasını görsək də, Krıma görə sanksiya qalacaq"-deyə ABŞ Dövlət departamentinin xüsusi nümayəndəsi Kurt Volkner bildirib. Bu haqda "112 Ukrayna" kanalı məlumat verib.
Qalmaqallı "Matilda" filminin satışı Yekaterinburqda  rekord vurur

Yekaterinburqun "Salyut" kinoteatrında "Matilda" filminə bilətlərin əvvəldən satışı birinci günə 10 faiz olub. "Biz ilk dəfə olaraq filimin nümayişindən bu qədər əvvəl bulet satmağa başlamışıq və bir gündə bütün biletlərin 10 faizi satılıb. Başqa filmərə birinci gün bilet satışı hər zaman 1 faiz olub. "Matilda"nın satışı rekord vurur" -deyə kinoteatrın administrasiyasından bildiriblər.

Rusiya Donbassa  humanitar yardımı dayandırmağı planlaşdırır



Rusiyanın RBK saytı Moskvanın Donbassa humanitar yardımını dayandırmağı planlaşdırdığını yazıb. Sayt sentyabrın 1-də keçirilən iclasın protokoluna əsasən belə qənaətə gəlib. Orada hökümətin "bəzi ərazilərə" humanitar yardımın dayandırılması nəzərdə tutulub. Protokolda bu addımın Krım Və Sevastopolun xeyrinə digərlərinə yardımı kəsmək gərəkdiyi göstərilir. RBK-a "bəzi ərazilər" deyildiyində Donbass nəzərdə tutulduğu ehtimalını önə sürüb.
Moskvadakı Amerika səfirliyinin  maşın dayanacağı  əlindən alındı

Moskvanın mərkəzində avtimobil dayanacağı qitlığından ABŞ səfriliyinin yerləşdiyi Böyük Devyatinsk dalanındakı yerlərdə artıq hamı maşınını saxlaya bilər. Bu haqda TASS agentliyinə "Moskva park əraziləri" dövlət rəsmi dairəsi administratoru məlumat veirib.

"Böyük Devyatinsk dalanı ünvanında avtomobil parkı çatışmadığından bu yer bütün maşınlar üçün açıq olacaq"-deyə məlumatda bildirilir.
Azərbaycan  nemətləri ilə   26-cı "WorldFood Moscow"  Ərzaq  məhsulları sərgisində Moskvanı “fəth edir”
Sentyabrın 11-də də Mərkəzi Sərgi Kompleksi “Eksposentr” –də 26-cı Worldfood Moscow” Beynəlxalq Ərzaq məhsulları sərgisi öz işinə başlayıb. Dünyann 65 ölkəsindən 1500 şirkətin qatıldığı sərgidə Azərbaycan 30-dan çox ixracatçı şirkət ilə təmsil olunur. Həm də bu il 26-cı “Worldfood Moscow” Ərzaq məhsulları sərgisində ölkəmiz Rusiyanın tərəfdaşı kimi iştirak edir.
Çingiz Hüseynov: “Doğruları  danışmaq cihada bərabərdir”- FOTO

“Müsəlmanların cihad formalarından biri də qələmdir”... İslam dininə Allah tərəfindən verilən “qələmin yazdığı söz” tərəfindən yaxınlaşıb yeni baxış sərgiləyən Rusiya-Azərbaycan yazıçısı, islamşünas Çingiz Hüseynov 30-cu Moskva Beynəlxalq Kitab Sərgi Yarmarkasında (MBKSY) oxucuları ilə görüşdə bu fikirləri səsləndirdi.
Poroşenko Donbassa  BMT sülhməramlılarının yerləşdirilməsi şərtlərini açıqladı
Donbassa BMT sülməramlıları gələcək, lakin bu DNR VƏ LNR, o cümlədən Rusiya ilə razılaşdırlmayacaq. Poroşenko belə deyib.

Prezident Poroşenko bilririb ki, Ukrayna Donetsk və Luqanskyə sülhməramlıların yerləşdirilməsi parametrlərini qondarma respublikaların nümayəndələri və həmçinin Rusiya ilə razılaşdırılmasını müvafiq hesab etmir.
Abe Putini "nöqtə" qoymağa və süh müqaviləsi imzalamağa çağırdı
Yaponiyalı baş nazir Şərq İqtisadi Forumunda son bir ildə Rusiya və Yaponiya münasibətlərində nəzərəçarpacaq irəliləşiyinə nail olunduğunu və nəhayət sülh müqaviləsi imzalamağın vaxtı çatdığını bəyan edib.

Moskvanın mərkəzində  sürücü yük maşınını piyadaların üstünə sürdü
Moskvanın mərkəzində sürücü MAZ markalı yük maşınını iki piyadanın üstünə sürərək hadisə yerindən qaçıb. Həticədə hər iki adam xəsarət alıb. Bu haqda "İnterfaks" agentliyi paytaxt avtomüfəttişiyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Moskvanın mərkəzində sürücü MAZ markalı yük maşınını iki piyadanın üstünə doğru sürərək hadisə yerindən qaçıb. Həticədə hər iki adam xəsarət alıb. Bu haqda İnterfaks agentiyi paytaxt avtomüfətti.liyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Tarix : 12-03-2013, 18:27
“Nahaq nədir, Haqq nədir”i biləndə...   ŞAİR İBRAHİM İLYASLININ 50 YAŞINA

Məmməd İsmayıl

Bir düşüncəyə görə, ədəbiyyat ormana bənzəyir. Bu ormanın içində fərqli boy-buxunu ilə bir-birinin qonşuluğunda qardaşca neçə ağac torpaqdan güc alıb Allaha dil açır. Nazim Hikmət demişkən;

Yaşamak bir ağaç gibi tek ve hür
Ve bir orman gibi kardeşçesine
Bu hasret bizim.

Həm də bu ağaclar böyüklüklərinə, kiçikliklərinə görə onlara can verən Allaha asilik-filan da etmirlər. Çünki ormanda böyüyün böyük, kiçiyin kiçik yeri var. Və böyük ağaclar kiçiklərə üstən aşağı baxıb alçaltmırlar da, çünki bilirlər ki, o kiçik ağaclar olmasaydı, o böyük ağacın da yaşamaq şansı qalmazdı. Bəlkə elə o böyük ağacı böyük yapan ondan bu və ya başqa ölçüdə kiçik olan ağaclardır. Bəlkə elə o kiçik ağacların da talelərinə hardasa belə boyun əymələrinin, hüzur içində böyümələrinin ən başlıca səbəbi böyüyüb ormanının ən böyük ağacı olmaq “düşüncəsidir. ” Əsas olan ormanda yer almaqdır, yer aldınmı davamı mütləq gələcək! Nədən də olmasın.

Bu düşüncələrə boşuna varmadım. Yaradıcılığına və şəxsiyyətinə hörmət etdiyim şair İbrahim İlyaslının 50 yaşı tamam olur. (Və o ədəbiyyat “ormanımızın” əsla kölgədə qalan “ağacı” deyil. ) Gizləmirəm, bu 50 rəqəmi bir az məni çaşdırdı da. Bu arada 1990-cı ilin məşum yanvar qırğınından sonrakı bir hadisə düşdü yadıma. Onda çoxumuz elliklə yas içində olduğumuzdan üzümü qırxmırdım və ilk dəfə idi ki, saqqalım bir bu qədər uzanmışdı. Bu o vaxt idi ki, mənim də hələ yenicə 50 yaşım tamam olmuşdu. Amma uzanan saqqalıma baxıb içimdəki qara dərdlərimin necə bəmbəyaz olub üzə vurduğunu görəndə yalnızca özüm deyil, görənləri də təəccübləndirmişdim: ”Qocalıq əl verdi, daha nə şişmək!” Hətta rəhmətlik İsmayıl Şıxlı ilə Yazıçılar Birliyinin pilləkənlərində qarşılaşanda üzümə baxıb: “Biz sizin ədəbi nəsli hələ çox cavan bilirdik, ay kişi, siz nə zaman bu yaşa çatdınız, siz cavan qalmadınızsa, biz də qocaldıq” – deyərək təəccübünü gizlətməmişdi!

İndi İbrahim İlyaslının 50 yaş xəbərini eşidəndə mən də eyni duyğuları yaşadım. Amma onun şeirlərini oxuyanda bu keçilən yaşın elə-belə keçmədiyini görmək elə də çətin deyil. Doğrudur, təvazökarlığı yaxasını hələ də buraxmayıb. Buraxsaydı, bu misranı yazardımı: “Deyəcəyim sağəməlli söz deyil! Amma bu misrası ilə bizi qandıra bilməz ki! Bir də Füzuli dədəmiz demirdimi, “aldanma ki, şair sözü, əlbəttə, yalandır?!”

Əslində onun şeirlərinə yaşından gələn bir müdriklik də yol yoldaşlığı edir:

Dərviş olmasam da dərviş misalam,
Ayıbıma koram, ağlıma lalam.
Hörülüb hasarım, qurulub qalam,-
Adım İbrahimə şikaram indi.

Bəlkə bu bənddəki “şikar” kəlməsinə qulp da qoymaq olardı. Amma məqsədimiz qulp qoymaq olmadığından deyim ki, mən, bizdən xəbərsiz bizə verilən adların bizim gələcək taleyimizə işıq tutacağına inanan adamam. İbrahim İlyaslı! Həm ad, həm soyad bizi peyğəmbərlər dünyasına aparır. Və bəlkə onun şeirlərini də elə bu yöndən incələmək istəyi bu adlar düzümündən doğur.

Bugünkü Azərbaycan şeirinin bozbulanlıq axarında İbrahimin şeirləri mükəmməlliyi ilə seçilir. Bu şeirlərdə, Blok demişkən, “imkansızlığın imkan qazanması” var. Bir az əvvəl internet sitələrindən hansındasa birisinin “qazaxşina” yazısına rast gəldim. Oxudum, cavab verməyə lüzum görmədim. Bugünün reallığı yetərlidir ki, tarixə ekskurs etməyəsən. Nə qədər kinli olasan ki, Qazağın yalnızca İncə dərəsinin bənzərsiz poeziya ovqatını bilə-bilə, “qazaxşina” yazmağa əlin gələ. O dərənin cəmi üç kiçik kəndinin ədəbiyyatımıza uğurladığı Ağamalı Sadiq, Akif Səməd, Məmməd İlqar, Məhəmməd Aslanbəyli, Məmməd Dəmirçioğlu və indi darmacalda adlarını yada salmadığım fərqli, amma elə o İncə dərəsinin saf suyu, qımqıması kimi dəyərli şairləri görməzlikdən gəlmək nə dərəcədə doğrudur? Tərəddüd etmədən demək olar ki, bu dərənin havası Azərbaycan şeirinə xalq mifologiyasının müdrik fəzalarından mayalanan tamam fərqli bir ruhi hal gətirib. Bir evin iki şairi – İbrahim İlyaslı və Məhəmməd Aslanbəyli! (Əslində doğma kəndindən heç yana ayrılmayan, amma əsərlərində Şərq sufi düşüncəsini gözəldən gözəl, elə İncə dərəsinin özü kimi incələyən bu şairimizin haqqında ayrıca məqalə yazmaq və onun az və öz şeirini araşdırmaq tənqidçilərimizin boynunun borcu olmalıdır.) Suriyada sufizmin banisi Əl Məərinin məzar daşında belə bir yazı oxumuşdum: “Mən atamın elədiyi yanlışlığı eləmədim”. Nəymiş Əl Məərinin atasının yanlışlığı? Əlbəttə ki, evlənməyi! Yəni əgər insan gerçəkdən də Allahına ürəkdən bağlıdırsa, Allaha olan sevgisini kimsə ilə bölüşməməlidir, hətta sevdiyi qadınla belə. İstər İbrahim İlyaslının, istərsə də onun doğmaca qardaşı Məhəmməd Aslanbəylinin şeirlərində Allaha olan sevgi kimlərləsə paylaşılmır. Öz təcrübəmdən bilirəm, yaş ötüb keçdikcə yollar boyu keçici “sevgilərin” hamısı bir-bir tökülüb gedir, qadın sevgisi də, yemək-içmək, kef məclislərinin ləzzəti də buxarlanır. Bəs qalan nədir? Böyük Sözə və o Böyük Sözü bizə bəxş edən Allaha sevgi! Cəmiyyətdə baş verənlər təbiətdə olanların bir baxıma təkrarıdır. Kökünü torpağa pərçimləyən ağac Göyə-Tanrıya yolçuluğunda hər yaz yarpaqlayıb və bir yarpaq boyu böyümək üçün hər payız yarpaqlarını ayaqlarının altına almırmı?

İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədir, haqq nədi, bildim.

. . . Qaranlıq könlümdə yandıqca Şamlar
Ürəkdən əriyən yağ nədi bildim.

Əsas olan da bunları bilmək deyilmi?

Ana övladını dünyaya tənd-dürüst gətirmək istəyir. Əslinə baxsan şair özü də anadır, dünyaya Tanrı qatından şeir gətirən ana. Amma bugünkü Azərbaycan poeziya mənzərəsinə nəzər salsaq, dünyaya tən-dürüst “övlad” gətirən şairimizin nə qədər az olduğunu görərik. Bu mənada, İbrahimin şeirləri hansı mövzunu ələ almasından asılı olmayaraq, bütöv və mükəmməl şeirlərdir. Bəlkə bu mükəmməlliyi İncə dərəsinin sazlı-sözlü aşıq mühitinə borclu olmalıdır, bilmirəm. Gəraylıya, qoşmaya, aludəliyi də bəlkə uşaqlıqdan kökləndiyi aşıq, saz ruhundan qaynaqlanır:

İbrahiməm, için-için,
Göynəyirəm, gedir köçüm.
Ölmürəm yaşamaq üçün,
Ölürəm səndən ötəri!

Yaxud;

Odlara düşür, buzlayır,
Dərya içir, susuzlayır.
Yağı gönünü duzlayır,
Duzlu gönüynən barışır.

Qalan şey yalandı, yalan,
Bir sualdı mənə qalan-
Kölənin köləsi olan
Hansı günüynən barışır.

Yaxud,

İznimiz var-xam xəyala dalmağa,
Nə gedənik, nə ümid var qalmağa.
Daş gəzirik başımıza salmağa
Başdan-başa daş ölkənin içində. .

Yaxud,

Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla
Bir zaman qapına gerçək yalanla
Qoşa gəlmişdimi, qoşa da getsin?!

Məni sevindirən odur ki, İbrahimin şeirləri indi yalnızca Azərbaycan ədəbi coğrafiyasında qalmır, yavaş-yavaş başqa iqlimlərə də yol açır. Türkiyədə şeirləri tez-tez çap olunur. Fevral ayında Moskvada olanda “Poeziya” almanaxının 2013-cü ildəki ilk sayında İbrahimin şeir silsiləsini görəndə çox sevindim. Tərcümələr də yaxşı alınmışdı. Bu “yaxşı alınmağı” yalnızca tərcüməçinin ayağına yazmaq yanlış olardı. Şeirlərində ortaya qoyduğu düşündürücü fikirləri ilə İbrahimin şeirləri başqa dillərə çevrilməyə çoxdan haqq qazanmışdır.

Məqsədimiz İbrahim İlyaslının əsərlərini incələmək olmadığından misalları burada nöqtələyir, gözəl hisslər və duyğular şairi, mükəmməl şeirlər müəllifə İbrahim İlyaslıya bundan sonrakı yaradıcılığında başarılar diləyirəm! Əlli yaş nədir ki! Hələ bu ömrün, altmışı, yetmişi, hətta səksəni, doxsanı var!Öz təcrübəmdən bilirəm, içinə və tutduğu yola inananları nə ömür, nə də ilham yarıyolda, boynuburuq qoymur.

Mart. Çanaqqala, Türkiyə

Yazı 525.az saytından götürülüb.





Baxış: 2927 | Bölmə: Reportaj, slayd3
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
 
Tünzalə Vəliqızı
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru