Reuters Putinin ailəsinə qarşı çoxdan gözlənilən “daşı”” atdı”


Reuters Putinin  ailəsinə qarşı  çoxdan gözlənilən "daşı" atdı
Putinə yaxın olan “qadınlara”” daşınmaz əmlak bağışlandı. Putinin dostunun dostu olan Baevski varmı, yoxmu? Reuters belə bir adamın varlığından, Kreml və Putinin dostu Rotenberin nümayəndəsi isə “”onun yoxluğundan”” danışır.

Reuters agentliyi Dmitriy Peskovun əvvəlcədən xəbər verdiyi kimi Putinin ailəsinə qarşı olan kompromat mətni dərc edib. Agentlik yayımladığı məqalədə peterburqlu biznesmenin üç qıza bahalı daşınmaz əmlak verdiyini yazır. O üç qızı bir-birinə eyni ad bağlayır-Vladimir Putin.

Bü gün martın 31-də Reuters-in dərc etdiyi məqalədə deyilir ki, Arkadi Rotenberqin şəriki olan peterburqlu biznesmen Qriqori Baevski Putinə yaxın olan üç qıza qiymətli daşınmaz əmlak bağışlayıb. Agentlik qeyd edir ki, bu qadınlardan biri RF prezidenti Vladimir Putinin qızı ehtimal edilən Katerina Tixonova, digəri Dövlət Dumasının sabiq deputatı Alina Kabayevanın qohumu, üçüncüsü isə Putinin ad günü təqvimində poza verən qızdır.

“” Bu əlaqələr Putinin dostlarının geniş əhatəsi olduğunu anladır və bütün bu adamlar biznes və şəxsi əlaqələr arasındakı sərhədləri yuya bilərlər””-deyə Reuters təsdiq edir.

Bununla yanaşı agentlik onu da dəqiqləşdirir ki, hətta açıq mənbələrdən həmin o Baevskinin son iki ildə tikintidən 6 milyard rublluq dövlət sifarişi aldığı informasyasını əldə etmək mümkündür.

Reuters-in sorğusuna Kremlin mətbuat xidmətinin cavab verməsi də diqqətçəkəndir. Qurum hökümət rəsmisinin bu sualla bağlı mövqeyindən sitat gətirir: “”Biz Baevskinin kim olduğunu bilmirik. Prezident də təmçinin onunla tanış deyil””. Rotenberqin nümayəndəsi də həmçinin deyib ki, Baevskini tanımır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir