RF FMX miqrantlara müvəqqəti yaşamaq hüququ verilməsini təklif edir


RF FMX  miqrantlara müvəqqəti yaşamaq hüququ verilməsini təklif edir
Miqrantlara gah yaşıl işıq yandırılır, gah qırmızı. Əslində Rusiyada miqrasiya siyasəti gəlmələrin yolunda hələ ki, sarı işıqdakı kimidir.

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri miqrasiya haqqında qanuna ediləcək dəyişiklikırin detallarınl açıqlayıb. Rusiyaya gələn və 90 gündən artıq qaımaq istəyən miqrant əgər təhsil almaq, tibbi müayinə olunmaq üçün və ya qohumunun yanına qonaq gəlirsə ona müvəqqəti yaşamaq hüququ verilməsi gözlənilir.

İşləmək üçün gələn miqrantlara da həmçinin bu hüqüq tanınacaq və onlar Müvəqqəti Yaşamaq İzni (MYİ-rusca RVP) ala biləcəklər. MYİ-nin maksimum müddəti bir illikdir. İxtisaslaşmış mütəxəssislər üçün bu müddət 2 və 3 ilə qədər uzadıla bilər.

Bundan əlavə, biznesmenlər, yatırımçılar və gənclərin yaşayışı üçün miqrasiyanın stumullaşdırılması şərtləri hazırlanacaq. Bu mövzuda olan, Miqrasiya xidməti tərəfindən hazirlanmış qanun layihəsi dövlətə bu ilin 3-cü rübündə təqdim ediləcək.

Bundan başqa Konstantin Romodonovski qeyd edib ki, işçi qüvvəsi barəsində kvota atrıq çoxdan köhnəlib. Əsasən də əgər birdən işçi qüvvəsi lazim olarsa, kiçik və orta biznes üçün bu heç aktual deyil. Onların kvota alıb cəlb olunması üçün ən azından 9 ay lazımdır.

Bunun əvəzinə K. Romodonovski Qərbi Avropa modeil təklif edir. Bu modelə görə işverən Dövlət məşğulluq komitəsinin məlumat bazasına vakant yerləri haqqında xəbər verməsi tələb olunur. Əgər bu yerlər bir neçə ay ərzində yerli sakinlər tərəfindən tutulmazsa, avtomatik olaraq xarici mütəxəssisi bu işə cəlb etmək hüququ alır.
“Biz bu mexanizmi işləyib digər federal orqanlarla müzakirə edəcək və onun tətbizində israr edəcəyik”-deyib FMX-nin rəhbəri deyib.

Qanunvericiliyə yaxın müddətdə ediləcək dəyişiklik əməkçi miqrantalrın işə icazə vəsiqəsil almaq üçün müraciət etdikləri gündən onların vergi qeydiyyatına düşməsi ilə də əlaqədardır. Aidiyyatı qanun layihəsi Dövlət Duması tərəfindən birinci oxunuşda qəbul edilib.

O ki qaldı, ixtisaslı və yüksək ixtisaslı mütəxəssislərə, onların Rusiyaya girişi maksumum təmin edilir. Hazırda bizim ölkədə 21 min belə mütəxəssis çalışır, qanun qüvvəyə minən müddətdən isə onlarin 34 mini qeydə alınıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir