RF-nın ərazi bütövlüyünün parçalanmasına qarşı qanun qəbul edildi


RF-nın ərazi bütövlüyünün parçalanmasına qarşı qanun qəbul edildi
Bu gün- 9 mayda Rusiyanı parçalama çağırışlarına görə cinayət məsuliyyəti daşımaq haqqında qanun qüvvəyə minir. Qanunda maksimum cəza müddəti 5 ilə qədərdir.

Cinayət məcələsinin əlavə olunacaq yeni sənəddə “ Rusiyanın ərazi bütövlüyünü parçalamağa kütləvi çağırış və hərəkətlərə görə cavabdehlik ” nəzərdə tutulub. Bu halda 300 min rubl cərimədən 300 saatlıq məcburi əmək və ya 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası tətbiq ediləck.

Əgər bu çağırış KİV vasitəsiylə həyata keçirilərsə, qanunu pozanı 480 saat islahedici əmək və ya 5 ilə qədər həbs cəzası gözləyir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir