RF-nın ehtiyatda olan polkovniki Donbasda müharibə olarsa, Ukrayna üstünlük qazanar deyib


Donbasda  Bayraktar TB2  pilotsuz müdafiə qurğusu  müharibənin taleyinin həllində əsas faktor ola bilər.

Türkiyənin istehsalı olan kəşfiyyatçı-vurucu pilotsuz Bayraktarın Ukrayna silahlı qüvvələrində olması Donbasa hücum əməliyyatları halında Kiyevin uğuruna səbəb olacaq. Ehtiyatda olan rusiyalı polkovnik  Aleksandr Jilin bu fikirləri URA.RU saytına açıqlamasında bildirib.

Həmsöhbət  ehtimalını bu arqumetlə əsaslandırıb. Qondarma Donetsk və Luqansk respublikalarının  özünümüdafiə sistemində belə qurğular yoxdur.

“Nasionalnaya oborona” (“Milli müdafiə”)  jurnalının baş redaktoru  İqor Korotçenko adıçəkilən pilotsuz qurğunun  Ukraynanın şərqində baş verən münaqişədə mühüm rol oynayacağı fikriylə razılaşıb. Lakin ekspert ukraynalı hərbçilərin dronlardan necə istifadə edə bilməsi amilini də nəzərdə saxlamağın   lazımlığını qeyd edib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir