RF səhiyyə nazirinin məsləhətçisi vəfat edib


RF səhiyyə nazirinin məsləhətçisi vəfat edib
Rusiya səhiyyə nazirinin məsləhətçisi İqor Lanskoy 42 yaşında həlak olub. Səhiyyə nazirliyinin saytında cənab Lanskoyun faciəli şəkildə öldüyü xəbər verilir. Amma ölmə səbəbinin təfərrüatı açıqlanmır.

TASS-ın xəbərində isə İqor Lanskoyun bədbəxt hasidə nəticəsində öldüyü deyilir. Veronika Skvartsova şəxsən onun doğmalarına başsağlığı verib.

Səhiyyə nazirliyinin məlumatında qeyd edilir ki, İqor Lanskoy nazirliyə keçənə kimi bir sira aparıcı informasiya və analitik agentliklərdə çalışıb. 2002-ci ildən 2008-ci ilə kimi İ. Lanskoy RBK-da işləyib. 2010-cu ildə o, AMİ TASS medikal-sosial informasiya agentliyinin direktorlar şurasına daxil olub və 2011-ci ildən agentliyə rəhbərlik edib. 2013-cü ilin sentyabrında İqor Lanksoy səhiyyə nazirinin məsləhətçisi vəzifəsinə təyin olunub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir