Ronaldu “Qızıl top” mükafatını alanda ağlayıb


Ronaldu “Qızıl top” mükafatını alanda ağlayıb
FİFA 2013-cü il “Qızıl top”un sahibini elan edib. Ronaldu Messini 160 xal ilə geridə qoyaraq bu yüksək mükafata sahib olub.

Səsvermənin nəticələrinə görə Messi 1205 xal, Ronaldu 1365 xal toplayıb. “Bavariya”da oynayan və 2013-cü ilin bütün mükafatlarını alan Frank Riberi 1127 xalla üçüncü olub.

Səsvermədə milli yığmalardan 184 baş məşqçi, komanda kapitanları və 173 media nümayəndəsi iştirak edib.

İlin yekunlarına görə ən yaxşı futbolçuya verilən “Qızıl top” mükafatçısı Madrid “Real”ının hücumçusu Kriştian Ronaldu təəssüratlarını bölüşüb.

“Mən anamı gördüm. O ağladı. Mən özümü ələ almağa çalışdım, amma mən də ağladım. Doğrudan da mən özümü xoşbəxt hiss edirəm və bu mükafatı “Real”la paylaşıram”.

Əgər məni seçiblərsə, demək mən buna layiqəm. Amma Messi və Riberi də “Qızıl top” mükafatını almağa layiq idilər-deyə Portuqaliya yığmasnın 28 yaşlı oyunçusunun sözlərindən fransız mətbuatı sitat gətirib.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir