Roskomnadzor “Facebook”” və “”Twitter”” ə qarşı inzibati məhkəmə işi açıb”


Roskomnadzor qeyd edir ki, “”Facebook”” və “”Twitter”” rusların şəxsi məlumatlarının Rusiya serverlərinə vaxtında ötürülməməsi barədə xəbər vermədiklərinə görə cərimə oluna bilərlər . Bu, “”Şəxsi məlumatlar haqqında”” qanunda nəzərdə tutulmuşdur. İdarə üç iş günü ərzində inzibati protokolu məhkəməyə göndərir. Sənəd Twitter nümayəndəsinin iştirakı ilə hazırlanmışdı, amma Facebook nümayəndəsi gəlmədi və sənədi imzalamadı. Protokolun bir nüsxəsi onlara göndəriləcək. Cəza olaraq, inzibati maddə birdən altı milyon rubla qədər cərimə nəzərdə tutur.

Daha əvvəl Roskomnadzorun rəhbəri Alexander Jarov şirkətlərə Rusiya istifadəçilərinin məlumatların lokallaşdırılması tələbinə cavab vermək üçün yanvarın 31-dək vaxt
verildiyi xəbərdarlığını etmişdi. Qurumdan onu da bildiriblər ki, digər bütün operatorlar bu tələbi yerinə yetiriblər. Hələ yazda Roskomnadzor Facebook və Twitter şirkətlərinin onların tələbini yerinə yetirməkdən imtina etdiyinə görə inzibati protokollar hazırlamışdı. Məhkəmə qərarı ilə şirkətlərin hər biri 3000 rubl cərimə olunmuşdu.

Rusiyada lokalizasiya tələblərini pozduğuna görə, LinkedIn sosial şəbəkəsi də bloklanıb.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir