“Rosneft””in başçısı şərəf və ləyaqətini müdafiə üçün mətbuatı məhkəməyə verib”


"Rosneft"in başçısı  şərəf və ləyaqətini müdafiə üçün mətbuatı məhkəməyə  verib
Adətən haqqında yazılanları sakitliklə qarşılayan “Rosneft”” rəhbəri İqor Seçin “”Forbes”” jurnalı və “”Komsomolskaya pravda”” qəzetini məhkəməyə verib.

Moskva Savyelovski rayon məhkəməsinə şikayət edən neft maqnati Rusiyanın ən yüksəkgəlirli top meneceri olması haqqında “”Forbes””in 12-ci nömrəsində gedən xəbərin təkzib olunmasını tələb edir. Jurnalın verdiyi xəbərdə 2012-ci ildə Seçinin 50 milyin dollar qazandığını qeyd edilib. Həmin xəbər “”Komsomolskaya pravda”” da yer alıb.

Bundan başqa Seçin “”Son istilçı: İqor Seçin neft hökmranlığı üçün necə mübarizə aparır”” məqaləsinə də etirazını bildirib. Neft kompaniyasının başçısı Forbes jurnalistlərinin yazdığı “”Rosneft””in aksiyalarını alan zaman Qazprombankdan kredit alması xəbərinin də təkzib olunmasını istəyir. Seçin həmçinin kompaniya ətrafındakı maliyyə proseslərində UCP fondunun (UCP fondunun rəhbəri İlya Şerboviç “”Rosneft””in direktorlar şurasına daxildir) iştirakı və Forbesin mənbəsinin təsdiq etdiyi kimi THK-BP kompaniyasının satış kursunun enmsinə səbəb olması kimi məlumatalrın əsassız hesab edir.

Bundan əvvəl də Seçinin şikayəti ilə bağlı Savyelovskiy məhkəməsi hazırlıq iclası keçirmişdi. Bu çərçivədə şikayətçi tərəf tələbində israrlı, cavabdeh tərəflər isə onunla razı olmadıqları fikində qalıblar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir