Rotterdam kinofestivalının qalib filminin Rusiyada nümayişi qadağan edildi


Rusiya Mədəniyyət nazirliyi “Sərhədsiz film” şirkətinə serb rejissoru Mayya Miloşun çəkdiyi “Klip” kinosunun nümayişi üçün kirayə qeydiyyyatı verməkdən imtina edib. Mədəniyyət nazirliyi bu imtinanın səbəbini kinoda içki, narkotik və pornoqrafiya səhnələrinin olması ilə əsaslandırıb.

Nazirlik diqqəti bir də filmin sujetində həddi-buluğa çatmamış yeniyetmələrdən bəhs edilməsinə yönəldir ki, bu da “uşaqların inkişafına və sağlamlığına zərər yetirən informasiyalardan onları qorumaq haqqında ” qanuna ziddir. Eyni zamanda filmin titrində həddi-buluğa çatmış aktyorlar oynadığı yazılır.

Qanuna görə kinokirayəçnin filmin nümayişinə icazə üçün müraciət etməyə haqı var. “Sərhədsiz kino”nun prezidenti Sem Klebanov özünün tvitter səhifəsində 31 avqusta elan edilmiş “Klip” filminin nümayişinin dayandırıldığını təəssüflə qeyd edir. Amma filmin göstərilməsina nail olacağına da ümidini itirmir.

Mayya Miloşun ilk filmi olan “Klip”də serb əyalətindən olan Yasna adlı yeniyetmə qızın böyümə dövründən bəhs edliir. 27 yanvar 2012-ci ildə “Klip” filmi Rotterdam beynəlxalq kinofestivalında “Qızıl pələng” mükafatına layiq görülüb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir