«Rubin»in türk futboçusu Rusiyadan qaçdı


«Rubin»in  türk futboçusu Rusiyadan qaçdı
Rusiya futbolunun yeni qalmaqalının mərkəzində olan “Rubin” komandasının türkiyəli yarımmüdafiəçisi Gokhan Tore özbaşına komandanı tərk edib. Türkiyə mətbuatının verdiyi məlumata görə hazırda futbolçu İstanbuldadır.

“Mən həqiqətən Rusiyadan gəlmişəm. İndiki vaxtda Kazana qayıtmaq istəmirəm. Buna ciddi səbəblərim var, lakin indilik danışmaq istəmirəm. Sizin vasitənizlə bəyan etmək istəyirəm ki, mən Türkiyə mətbuatına agent işi ilə bağlı hər hansı bir informasiya verməmişəm. Rusiyadan gəlməyimin əsaslı səbəbi var”- deyə Tore Sports.ru-ya danışıb.

Xatırladaq ki, futbolçunun agenti Georq Yablukov klubun bir neçə nümayəndəsinin 500 min avronu qəsb etməsi haqqında ötən həftə Tatarıstan prezidentinin adına məktub göndərib. Bunda “Rubin” komandasının baş məşqçisi Kurban Berdıyev və komandanın tərcüməçisi Yaşar Ozcana günahlandırılır. Komandanın rəhbəri isə irəli sürülən ittihamın klubu nüfuzdan salmaq məqsədiylə edildiyini bildirib.

“Əgər Tore haqqında danışmaq istəyirsinizsə deyə bilərəm ki, o xəstələnib”- “Sovetskiy sport”un müxbirinə “Rubin”in mətbuat xidmətindən belə deyiblər. Oyunçu komandanı tərk edibmi-sualına isə Kazan klubunun rəhbəri belə cavab verib: “Mən bu suala cavab verə bilmərəm”.

Gokhan Tore Kazanın “Rubin” komandasına Almaniyanın “Hamdurq” komandasından keçib. 4 illik müqavilə 2012-ci ilin iyulunun sonunda bağlanıb. KİV-in məlumatına görə türk futbolçusunun transferi üçün klub 6 miyon avro verib. “Hamburq” komandaslna Gokhan 2010/2011-ci illər mövsümündə oynayıb, top vurmayıb. Türkiyə yığmasının tərkibində isə 10 oyun keçirib.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir