Rumıniyada Beseskunu impiçment etmək haqqında referendum keçiriləcək


Rumıniyada  Beseskunu  impiçment etmək haqqında  referendum keçiriləcək

Pumıniyada prezident səlahiyyətlərini həyata keçirən Krin Antonesku ölkə başçısı Troyan Beseskunun vacib istefası ilə əlaqədar olaraq referendum keşirilməsi haqqında qanun imzalayıb. Bu haqda “Assoçieyted Press” xəbər verib.

Qanuna görə referendum səsvermə hüququna malik olan ölkə əhalisinin yarıdan çoxu iştirak etdiyi zaman baş tutmuş sayılır.

Rumıniya parlamenti 6 iyulda Beseskunu məhkəmə sisteminə şəxsən nəzarət etməkdə süçlamış və bunu konstitusiyaya zidd sayaraq vəzifəsindən uzaqlaşdırılmasına səs vermişdi. Bundan sonra konstitusiya məhkəməsi prezidenti müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırmaq qərarını təsdiqləyərək, onun səlahiyyələrini Krin Antoneskuya həvalə etmişdi.

Indi yaxın 30 gün ərzində ölkədə prezidentə münasibət məsələsiylə bağlı ümumxalq referendumu keçirilməsi gözlənilir. Daha dəqiq desək, referendumun 29 iyulda keçirilməsi planlaşdırılır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir