RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR


RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti “Trotsk varınatı”” (“”Trotskiy varinat””) qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

Sənəddə deyilir ki, xarici həmkarlarla görüş zamanı iki və daha artıq rus aliminin iştirak etməsi şərtdir. Bundan əlavə görüş rəhbərliyin rəsmi icazəsindən sonra baş tuta bilər. Elmi təşkilat planlaşdırılmış görüşdən beş gün əvvəl iştirakçıların tam siyahısı da daxil olmaqla təhsil nazirliyinə bildiriş məktubu göndərməlidir. Hər görüşdən sonra rus alimləri söhbət iştirakçılarının pasportunun sürəti ilə birlikdə danışığın yazılı hesabatını təqdim etməlidirlər.

Həmçinin sənəddə o da qeyd olunur ki, Rusiya elmi təşkilatlarını ziyarət edən xarici alimlər yazan və sürətini çıxaran informasiya cihazından “”yalnız RF beynəlxalq müqaviləsində nəzərdə tutulmuş qaydalar çərçivəsində”” istifadə edə bilər. Məhz bu bənd alim Fradkovda “”xüsusi anlaşılmazlıq”” oyadıb.

Fradkov açıq məktubunda “”Əgər deyək ki, xarici kolleqalarla görüş şətrlərinin bu sərtləşdirilmiş qaydası dövlətin məqsədinə uyğundur, doğrudanmı, özünün elmi nailiyyətlərini paylaşmaq üçün təşkilat tərəfindən dəvət olunmuş xarici alimlərin görişdə saatı, mobil telefonu, digər texniki cihazları ( yazan diyircəkli qələmi ) alınmalıdır”” – deyə yazıb.

Fradkov əmri qəbuledilməz adlandırıb, Ali təhsil və elm naziri Mixail Kotyukova müraciətlə onu hazırlayan əməkdaşların cəzalandırılmasını xahiş edib. O, ona da diqqət çəkib ki, 2006-cı ildən dövlət orqanlarının xidməti sirri qanunla qorunan sirr hesab edilmir. Yayılma məsələsində ruslar Rusiya Konstitusiyasının 29 maddəsinin 4-cü bəndinə uyğun olaraq hər bir vətəndaşın qanunla istənilən üsulla informasiyanı sərbəst şəkildə axtamaq, almaq, ötürmək, istehsal etmək və yaymaq haqqı var.

“”Əmrdə deyilənlərin əksinə olaraq, hökümətin nazirliklərin vəziyyəti barədə 15 lyul 2018-ci il tarixli, 682 saylı qərarına əsasən nazirlik vətəndaşlaırn hüquq və azadlıqlarını məhdudlaşdırmaq haqqına sahib deyil. Bu qanuna zıddır “”-deyə alim əlavə edib.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir