Rus iş adamlarının 80 faizi aktivlərini satmaq istəyirlər


Rus iş adamlarının 80 faizi aktivlərini satmaq istəyirlər
İnvestorların yalnız üçdə biri yeni layihələrə vəsait qoymağa hazırdırlar.

Böyük Rusiya şirkətlərinin rəhbərlərinin 84% -i aktivlərin bir hissəsindən imtina etməyə hazır olduqlarını bildiriblər. Ancaq investorların 32% -i yeni layihələrə investisiya qoymaqdan qorxmur. RBC yazdığına görə bu, EY konsaltinq qrupunun qlobal sorğusunun nəticələrində qeyd edilib.

Respondentlərin yarıdan çoxu (51%) “fəaliyyətlərin dayandırılma riski”” ilə əlaqəli aktivləri satmaq istəyində olduğunu bildirmiş, üçdə biri (33%) isə iqtisadi cəhətdən səmərəsiz olan aktivlərini. Tədqiqat iştirakçıları sahibkarlığın iş inkişafı üçün əsas təhlükə olaraq geosiyasi gərginlikləri önə sürüblər. Digər risklər slrasına ticarət siyasətindəki dəyişiklikləri, valyuta məzənnəsinin oynaması və rəqəmsal çevrilmələr daxildir.

Mütəxəssislər siyasətin biznesin sabitliyinə təsirinin əhəmiyyətindən danışırlar. “”Əsas risklər hələ də siyasi arenada yer tutur. Xarici və daxili faktorlar uzunmüddətli planlaşdırmanın imkansızlığını və investisiya perspektivlərinin etibarlı qiymətləndirilməsini doğurur””, -deyə IPT Qrupunun beynəlxalq hüquq şöbəsinin müdiri Kirill Valentinov bildirib.

Sorğu baharda aparılıb və ABŞ-ın nəhəng rus biznesinə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər həyata keçirdiyi vaxtla üst-üstə düşüb. Tədqiqatda iqtisadiyyatın 14 sektorundan 60 şirkət rəhbərliyi iştirak edib.

Onu da qeyd edək ki, avqustun əvvəlində Mərkəzi Bank Rusiyadan kapital axınının kəskin artımını qeyd edib. Rusiya bazarından pulların çıxarılması sanksiya təzyiqlərinin artması və Moskva ilə Vaşinqton arasında yaşanan gərginliklə bağlıdır. İnvestorlar Rusiyanın aktivlərində çox yüksək risklər görür və pullarını çəkirlər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir