Rusistehlaknəzarət xarici kimyəvi məişət vəsaitlərini satışdan yığışdırır, istehsalçılar isə…


Rusistehlaknəzarət  xarici  kimyəvi məişət vəsaitlərini satışdan yığışdırır, istehsalçılar isə...
Rusiya istehlakçılara nəzarət xidməti (RİN) xarici kimyəvi məişət vasitələrinin normativ tələblərə cavab vermədiyi üçün satışdan yığışdırlmasına qərar verib. Məişət kimyası istehsalçıları isə Rospotrebnadzordan izahat tələb edirlər.

Parfumer, kosmetik, kimyəvi məişət və gigiyena malları istehsalçıları assosiasiyası RİH-ə müraciətlə bu malların satışına qoyulan qadağa barədə izahat istəyiblər. Onlar həmçinin bu qərarı birinci rielterlərlə deyil, istehsalçılarla paylaşmağı tələb ediblər. Bu haqda “Rusiya xəbərlər xidməti””nə assosiasiyanın icraçı direktoru Petr Bobrovski məlumat verib.

“”Biz situasiyaya aydınlıq gətirmək məqsədiylə RİN-nə bizimlə görüşməyə razılıq verməsi üçün müraciət etmişik. Ümid edirik ki, bu baş tutacaq. Belə situasiyalarda onları informasiyanı birinci istehsalçılara göndərməyə çağırırıq. Bizim assosiasiyaya çoxdan bazarda olan böyük kompaniyalar daxildir, Rospotrebnadzorda bunu bilirlər, onlar bazarın tələb olunan məhsullar buraxan xoşməramlı iştirakçılarıdırlar””,-deyə Bobrovski izah edib.

Asossiasiyanın nümayəndəsi onu da qeyd edib ki, əgər RİN hansısa məhsulda nə isə aşkar edibsə, tezliklə onu istehsalçıya bildirməli, o da iradın nədən ibarət olduğunu müəyyən edib, xətanı aradan qaldırmalı və ya məhsulun keyfiyyətliliyini sübut etməlidir.

“”Bizə elə gəlir ki, əvvəl satış dayandırılır və bundan sonra istehsalçı məhsula qarşı iradın olduğunu bilir və özü RİN-lə dialoqa cəhd edirsə,-bu yanlışdır””,-deyə Petr Bobrovski vurğulayıb.

Bobrovski ən qısa zamanda RİN mütəxəssisləri ilə görüşüb onların arqumetləri və yoxlamanın nəticələri ilə tanış olacaqlarına ümidvar olduğunu da söyləyib. Əvvəllər RİN-nin yoxlamasından keçmiş bu mallar sonradan nəyə görəsə tələblərə cavab vermədiyi haqqında məlumat belə verilmədiyi də maraqlıdır- deyə icraçı direktor fikrini yekunlaşdırıb.

Xatırladaq ki, bu gün Rusiya istehlakşılara nəzarət xidməti (RİN) mağazalarda Persil, Vernel и Fairy yuyucu məhsullarının yığışdırılmasını tələb edib. Nəzarət xidməti idarəsi bu qərarı bir sıra xarisi yuyucu vasitələrininin normativ tələblərə cavab vermədiyi ilə əlaqələndirib. Söhbət Henkel, Procter&Gamble и Colgate-Palmolive markalarının rəflərdən qaldırılmasından gedir. Bir neçə böyük ticarət zəncirləri idarədən belə bir məktub aldıqlarını təsdiq ediblər. Bəziləri artıq bu malları satışdan götürüblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir