Rusiya -Azərbaycan oyununda sürpriz olacaqmı?


Rusiya -Azərbaycan oyununda  sürpriz olacaqmı?
Namiq müəllim, vəkil olmaqla yanaşı futbol bilicisi kimi də tanıyırıq sizi. Rusiyada fan klubun, azərbaycanlılra arasında futbol komandalarının yaradıcısı və turnirlərinin təşkilatçısı kimi fəalsınız. Sabah DÇ-2014 seçmə mərhələsinin oyununda Azərbaycan yığması ilə Rusiya milliləri qarşılaşacaq. Moskvanın “Lujniki” stadionunda keçirilən oyuna bizim azarkeşlər gedəcəkmi?

Birmənalı cavab verim ki, bizim azarkeşlər sabah “Lujniki” stadionunda komandamızın oyununu izləyəcəklər. Keçən dəfə Rusiya Azərbaycan futbol qarşıdurmasında Azərbaycan millisini dəstəkləmək üçün çox sayda tamaşaçı gəlmişdi. Bu futbol mütəxəssislərinin gözündən qaçmamış və onları təəcübləndirmişdi. Onların fikrincə Azərbaycan zəif komanda olduğuna görə bu qədər tamaşaçı gəlməməliydi. Amma burada təəccüblü bir şey yoxdur. Keçmiş sovetlər birliyinə daxil olan respublikalar arasında keçirilən oyunlar həmişə böyük marağa səbəb olur. İnanıram ki, sabahkı oyunda da anşlaq olacaq.

-Rusiya azarkeşləri ən problemli azarkeşlər sayılır. Sabahkı oyunda onların təxribata yol verəcəyi nə qədər gözləniləndir?

Problemli azarkeşlər bütün ölkələrdə var. Mən inanmıram ki, hansısa təxribata yol verilsin. Belə oyunlarda polislərin sayı stadion və ətrafında ikiqat çoxaldılır. Və elə bir problemin yaşanacağına inanmıram.

-Rusiya yığması Portuqaliya üzərində qələbəsindən sonra “F” qrupunda 10 xalla liderlik edir. Bizim böyük hesabla uduzmaq ehtimalımız nə qədərdir? Mən udmağı demirəm…

Komandamız Portuqaliya ilə oyunda bütün vaxtı oyunu öz qapısı ağzında keçirtdi. Mən başa düşürəm, bunu Portuqaliya yığmasının yaxşı oyunu diktə etdi. Rusiya ilə oyunda Azərbaycan yığmasının futbolçuları nəhayət yada salmalıdirlar ki, futbol rəqib komandasının qapısı ağzında oynanılmır. Komandamızın oyunçuları “ən yaxşı müdafiə hücumdur” taktikasını seçsələr gözlənilən nəticəni əldə edə bilərlər. Oyun qabağı Rusiya futbolçuları, futbol mütəxəssisləri, azarkeşləri, Azərbaycan futbolçularının sürprizindən danışırlar. Komandamızın özü rəqibə sürpriz bəxş etməyə hazırdırmı?

Oyunun komandamız üçün nə dərəcədə çətin olduğunu hamımız başa düşürük. Bütün bunlara baxmayaraq, komandamıza uğurlu nəticə arzulayıram.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir