Rusiya azərbaycanlıları onları SEÇDİ- sorğu


Rusiya Federasiyasında fəaliyyət göstərən yenises.ru saytı 2020 ci ilin yekunlarına aid respondentlər arasında rəy sorğusu keçirib.

Sorğuda  iştirak edən respondentlərin 19 % iş adamı, 12% elm xadimləri, 27 % məmurlar, 31% tələbələr 11 % müxtəlif peşə sahibləridir.

Respondentlərin 54.2%  kişilər, 43.8% qadınlar təşkil edib.

Respondentlər sorğuya salınan 25 nəfər azərbaycanlıdan 5 nəfərini “İlin adamı” seçiblər:

1. İlham Əliyev – İlin adamı

2. İqbal Məmmədov –  İlin millət vəkili

3. Hikmət Mirzəyev – İlin vətənpərvəri

4. Hikmət Hacıyev –  İlin məmuru

5. Eyvaz Hüseynov – İlin icra başçısı

Yenises.ru portalının Moskva, Nijni-Novqorod və Samara vilayətlərində keçirdiyi sorğuda qaliblər əsasən bu kriteriyalar üzrə seçiliblər:

Ilham Əliyev – 27 il davam edən Qarabağ münaqişəsinin həllində göstərdiyi qətiyyət, İkinci Qarabağ savaşındakı siyasi iradəsi, diplomatik və siyasi uğurları, eyni zamanda Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazanmasında Ali Baş Komandan kimi rolu əsas götürülüb.

– Iqbal Məmmədov – Vətən Müharibəsində arxa cəbhədə aktiv ictimai fəaliyyətinə, eləcə də, şəhid və döyüşçü ailələrinin sosial problemləri ilə intensiv məşğul olduğuna görə xidməti yüksək qiymətləndirilib. Rəyi soruşulanlar hesab edirlər ki, deputat İqbal Məmmədovun müharibə dövründəki fəaliyyəti digər həmkarlarına nisbətən daha müsbət qarşılanıb. Sorğuda iştirak edən respondentlərdən bəziləri qeyd edib ki, 78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədovun döyüşdə yaralanan əsgərlərlə maraqlanması, hətta bir yaralı əsgərin onun telefonuna ünvanlanan mesajına cavabı, onu diqqətdə saxlaması da təqdirəlayiq hal kimi xarakterizə olunub.

Hikmət Hacıyev –  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar zamanı diplomatik əsgər kimi uğurlu döyüş yolu keçib. Yerli və xarici mediaya verdiyi tutarlı açıqlamalar, düşmənin təxribat xarakterli informasiyalarının qarşısının alınmasında ciddi rolu olub. Bir çox respondentlər onu “informasiya komandanı” kimi qeyd ediblər.

Hikmət Mirzəyev – “Düşmənin qorxulu yuxusu” kimi xarakterizə olunan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandirinin fəaliyyəti də respondentlərin böyük marağına səbəb olub. Sorğu iştirakçıları Vətən müharibəsində general-leytenant Hikmət Mirzəyevin həm döyüşkən general, həm də vətənpərvər insan kimi cəmiyyətə aşıladığı ruh yüksəkliyinə görə seçdiklərini bildiriblər. Onlara görə, Hikmət Mirzəyevin rəhbərlik etdiyi XTQ-nin Şuşanın işğaldan azad olunmasında göstərdiyi misilsiz qəhrəmanlıq Azərbaycan hərb tarixinin şanlı səhifəsi kimi yaddaşlarda əbədi qalacaq.

Eyvaz Hüseynov – Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsinin ilk günündən daima cəbhəyanı ərazilərdə, səngərlərdə olub, şəhid ailələrinə xüsusi diqqət göstərib, bütün şəhid dəfnlərində şəxsən iştirak edib, hər gün cəbhəyanı rayonlardakı xəstəxanalarda yaralılarla görüşüb. Rəyi soruşulan respondentlərin böyük əksəriyyəti onu daha çox ədalətli, vicdanlı məmur olmaqla yanaşı Qarabağ müharibəsinin mərd və cəsur döyüşçüsü kimi xarakterizə ediblər. Qeyd olunanlarla yanaşı Eyvaz Hüseynovun Vətən müharibəsinə əli silah tutan ailə üzvləri ilə (oğlu Vətən savaşında könüllü döyüşüb) qatılması respondentlərin diqqətindən yayınmayıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir