Rusiya Bankı dolların məzənnəsini qaldırdı


Moskva birjalarında rublun dollara və avroya nisbətən kursu aşağı düşməkdə davam edir. Dollar 81,2 rubla , avro isə 87,4 rubla yüksəlib. Xarici valyutanın məzənəsinin yüksəlməsi Brent markalı neftin barrelinin 25 dollara düşməsi ilə əlaqəlidir. Bunda OPEK-lə danışıqlardan sonra neft bazarında balanslaşmanın ABŞ tərəfindən qəbul edilməməsinin təsiri görünür.

Bütün bunlarla yanaşı, rubla yardımdan dolayı ötən həftə Rusiya Bankı valyuta satışını yüksəltmişdi. Gün ərzində 170 milyona qədər dollar satışa buraxılmışdı.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir