Rusiya baş konsulunun fikrini yanlış ifadə etdiyini etiraf etdi


Rusiya  baş konsulunun fikrini yanlış  ifadə etdiyini etiraf etdi
Rusiya Federasiyası Daxili işlər nazirliyi Simferopoldakı baş konsulu Vladimir Andreyevin krim tatarlarının müharibə vaxtı nasistlərlə əməkdaşlıq etdiyi haqqında söylədiyini yanlış ifadə etdiyini bildirib. Bu haqda “İnterfaks” agentliyi məlulat verib.

Rusiya DİN onu da qeyd edir ki, Andreyevin sözlərindən qəzəblənib konsulluğun qarşısında etiraz aksiyası keçirənlərin sərt reaksiyasını anlayır. Diplomatik korpusun fikrincə, baş konsul bu mövzunun yaralı olduöunu hesablaya və onu yetərincə açıqlaya bilməyib.

DİN onu da onu da əlavə edib ki, tatarlar da digər xalqlar kimi nasizmlə mübarizə aparıblar. Bununla bərabər ayrı-ayrı insanlara “şəxsi mübarizliyini saxlamaq” və “doğru qərar qəbul etmək” hər zaman müyəssər olmayıb.

Andereyev 21 mayda ATR telekanalına müsahibəsində rusiyalı pilotlara “Xaytarma” filminin təqdimatına gəlməməyi tövsiyyə etdiyini bildirib. O, fikrini belə izah edib ki, bu film Böyük Vətən müharibəsi haqqında həqiqətləri təhrif etdiyini hesab edir. Andreyev filmdə Krım tatarlarının nasistlərlə əməkdaşlıq etdiyi mövzusundan yan keçildiyini , hansı ki bu satqınlıqdır – bildirib. Baş konsul onu da vurğulayıb ki, bu onun şəxsi qənaətidir.

Anderyevin sözləri Ukraynada kəskin reaksiyaya səbəb olub. Ttatarlar Simferopolda konsulluğun binası qarşısında etiraz aksiyası təşkil edib, rus diplomatını hədələyərək ona yumurta atıblar. Qeyri-rəsmi Krim-tatarları parlamentinin başçısının müavini baş konsulun ölkədən şıxarılmasını tələb edib. Bundan başqa Ukrayna daxili işlər nazirliyi Rusiya tərəfini Andreyevin sözlərinə qiymət verməyə çağırıb.

Krım tatarlarının Orta Asiyadan çıxarılması 1944-cü ildə başlayıb. Sovet höküməti buna səbəb kimi tatarların faşist təcavüzkarları ilə əlbir olması faktlarının olduğunu göstərib. Ümumilikdə deportasiyaya 180 min insan məruz qalıb.

Leyla Bayramova
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir