Rusiya Baş prokuroru QKT qanununda boşluqlardan narahatdır


Rusiya Baş prokuroru QKT   qanununda boşluqlardan narahatdır
“Qanunvericiliyin təfsirindəki boşluqlar Qeyri-kommerisya təşkilatlarına (QKT) nəzarətsizliyinə yardım edir”- bəyanatıyla RF baş prokuroru Yuriy Çayka çıxış edib.

Xaricdən maliyyələşən QKT-nın xarici agent kimi qeydiyyatdan keçməsini zəruruləşdiərn qanun 2012-ci ilin sonunda qüvvəyə minib.

“QKT-na nəzarətsizlik qanunvericliyin təfsirindəki boşluqlardan qaynaqlanır. Reyestrində qeyri-kommersiya təşkilatı yazılmış, xarici agent funksiyasını həyata keçirən QKT-nın çoxuna ümumi qayda- dövlət nəzarəti tətbiq edilir. Yoxlama 3 ildə bir dəfə həyata keçirilir”- Federasiya Şurasının Sankt-Peterburqdakı yığıncağında deyib Yuriy Çayka.

Onun sözlərinə görə bu müddət xarici sponsora öz məqsədini həyata keçirmək, Rusiyanın dövlət maraqlarına təsir etmək üçün kifayətdir.

“Özünü ləğv etmək qərarını qəbul etməklə , QKT-ı səlahiyyətli orqanların onun fəaliyyətini yoxlamasından qaça bilər”-deyə Çayka izah edib.

Bundan əvvəl prezident Putinlə olan görüşündə də baş prokuror QKT-nı yoxlama sırasında çoxsaylı qanunsuzluqların aşkar olunduğunu qeyd eytmişdi. Çayka xüsuslilə 17 belə təşkilatın xarici səfirliklər tərəfindən maliyyələşdirildiyini vurğulamışdı.

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir