Rusiya Cənubi Koreya ilə arasındakı vizanı qaldırdı


Rusiya Cənubi Koreya ilə arasındakı vizanı qaldırdı
Yanvarın 1-dən Rusiya ikə Koreya arasında gediş-gəliş vizasız həyata keçiriləcək. Hər iki ölkə vətəndaşları qısamüddətli vizasız səfər edəcəklər. Aidiyyatı razılaşma RF prezidenti Putinin noyabrda Seula səfəri zamanı imzalanıb.

Sənədə əsasən hər iki ölkə arasında vizasız gediş-gəliş 60 gün qalma müddəti icazəsiylə xarici pasportla həyata keçiriləcək. Bununla yanaşı, vizasız maksimum qalma müddəti bir il ərzində 90 gün qərara alınıb.

Vizanın ləğv edilməsinin Rusiyaya və ya Cənubi Koreyaya oxumaq və ya işləmək üçün gedənlərə aidiyyatı yoxdur. Cənubi Koreya tərəfinin fikrincə, viza siteminin ləğv edilməsi ölkəyə rusiyalı turist axınının 10 dəfə artamasına səbəb olacaq.

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir