Rusiya embarqo qoyulmuş məhsulları sərhədlərdə məhv etməyi düşünür


Rusiya embarqo qoyulmuş məhsulları sərhədlərdə məhv etməyi düşünür
Embarqo qoyulmuş məhsulları məhv etmək üçün Rusiyada 3 nazirlik bir araya gəldi. Rusiyaya gətirilməsinə embarqo qoyulmuş məhsullar bu faktı təsdiq edən akt tərtib edildikdən sonra sərhədlərdə məhv edilməlidir. Hazırda bu layihənin həyata keçiriliməsi dövlətlə razlaşdırılma mərhələsindədir.

Rusiyaya gətirilməsi qadağan edilmiş məhsulların yubanmadan məhv edilməsi qərarını üç idarənin- Federal gömrük xidməti (FGX), Rusiya kənd təssərüfatına nəzarət (Rosselxoznadzor) və Rusiya istehlaka nəzarət (Rospotrebnadzor) qəbul edəcəyi haqqında RF Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Bundan əvvəl adıçəkilən nazirliyin başçısı Aleksandr Tkaçev ölkə başçısı Vladimir Putindən sankisiaya düşmüş ölkələrdən gətirilmiş məhsülların məhv edilməsinə icazə verilməsini xahiş etmişdi. Prezident bu ideyaya tərəfdar olaraq, məsələni hüquqşünaslarla məsləhətləşib konkret tədbir görməyi tapşırmışdı.

Mıətbuat xodmətindən verilən xəbərə görə Kənd təsərrüfatı nazirliyi embarqo qoyulmuş məhsülların məhv edilməsini təsdiq edən qətnamə layihəsini hazırlayıb hökümətə təqdim edib.

« Qaydalar gətirilmısinə qadağa qoyulmuş məhsulların məhv edilməsi prosedurunu müəyyən edir. Kontrabanda faktının aşkar edilməsi ilə əlaqədar akt tərtib olunduqdan dərhal sonra bu məhsullar FTX, Rosselxoznadzor və Rospotrebnadzorun səlahiyyətlilərinin qərarı ilə yubadılmadan məhv ediləcək”-deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Onu da əlavə ediblər ki, layihə hazırda RF höküməti ilə bu prosedurunun razılaşması mərhələsindən keçir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir