Rusiya Fələstinin BMT-də statusunun yüksəlməsinə səs verəcək


Rusiya  Fələstinin BMT-də statusunun yüksəlməsinə  səs verəcək
Rusiya BMT üzvü olmayan Fələstinin müşahidəçi -dövlət statusuna yüksəlməsinə səs verəcək. Bu haqda RF Xarici İşlər nazirliyinin məlumatında deyilir.

“ Gözlənildiyi kimi, 29 noyabrda BMT-nin Baş Assambleyasında Fələstinin BMT üvzü olmayan muşahidəçi-dövlət statusuna yüksəlməsi üçün fələstinlilər tərəfindən təqdim edilmiş qətnamə layihəsi səsə qoyulacaq ”. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, bu qətnamənin lehinə səs verəcək.

RF Xarici İşlər nazirliyində belə hesab edirlər ki, bu mərhələdə beynəlxalq və regional qüvvələr birləşərək təxirəsalınmadan birbaşa Fələstin-İsrail danışıqlarının yenilənməsi və razılaşma əldə edilmsinə nail olmaqdan ötəri beynəlxalq qanunlar çərçivəsində əsas soru olan status məsələsini həll etməlidir”.

Əvvəlcədən məlumat verilmişdi ki, bu qətnamənin qəbul olunmasına Fransa və Yunanıstan da mümsbət yanaşır. Əgər səsvermə Fələstin Muxtariyyəti üçün uğurlu keçərsə, o zaman o, Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) və digər təşkilatlara müraciət , həttə israillilərdən şikayət edə bilərlər.

Rusiyadan başqa Danimarka Xarici işlər naziri Villi Sövndal da Fələstinin BMT-də statusu mövzusunda ona səs verəcəyini bəyan edib.

Norveş Xarici İşlər naziri Jonas Gahr Store də dövlətinin Fəlıstinin BMT-yə göndərdiyi qətnamənin lehinə səs verəcəyini bildirib. Bu arada İspaniya və İsveçrədən də Fələstinə dəstək olacaqları açıqlaması gəlib.

Fələsinin BMT-yə üzv olmayan müşahidəçi -dövlət statusu alması üçün 193 üzv ölkənin səsinin yarısını alması gərəkir. Beynəlxalq politexnoloqlar Fələstinin 97 səs alacağını kəskinliklə söyləyirlər. Bununla bərabər Fələstinin alacaq olduğu hər bir artıq səs onun İsrail qarşısında söz haqqını artırmış olacaq.

Ayla Azəri
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir