Rusiya höküməti ərzağa qoyulan sanksiyanı yumşaltdı


Rusiya  höküməti ərzağa qoyulan sanksiyanı yumşaltdı
Rusiya höküməti sanksiya siyashısından uşaq qidalarını çxartmağı qərara alıb.

Rusiyaya gətirilməsi qadağan edilən məhsullar siyahısından uşaqlar üçün istehsal edilməsi nəzərdə tutulan quş, mal əti və tətəvəz çıxarılıb.

2014-cü ildən qida məhsullarına qoyulmuş sanksiya uşaq qida məhsullarlna aid edilməyəcək. Lakin bu sadəcə onun istehsalında istifadə edilən xammallar üçün nəzərdə tutulur.

Qərara əsasən uşaq qida məhsulları sektorunda çalışan rusiyalı istehsalçılara kömək üçün iribuynuzlu mal-qara, quş əti və onların içalatı, həmçinin xam, qaynadılmış və qurdlmuş tərəvəzlər istisna edilərək sanksiya siyahısından çıxarılacaq.

Hazırda Kənd təsərrüfatı nazirliyi gətiriləcək xammallar v. onların həcmi kimi proseduru qaydalarını hazırlamaqla məğguldur-deyə idarənin mətbuat xidmətindən məlumat verilib.

Xəbər verildiyi kimi keçən həftə baş nazir Dmitri Medvedev Qərb ölkələrinə tətbiq edilən embarqonun müddətinin artırılması barədə təlimat vermişdi.

Eyni gündə prezident Vladimir Putin bəyan etmişdi ki, Qərb Rusiyaya qarşı sanksiyanın qaldırılmasına həvəsli olarsa, Moskva da analoji addım atar.

Ət və ət məhsulları, süd və süd məhsulları, meyvə-tərəvəz və balığın gətitilməsini qadağan edən Rusiya əks sanksiyası 2014-cü ilin avqustundan Amerika, Avropa Şurası, Kanada, Avstraliya və Norveçə tətbiq edulmişdi. Bir il sonra bu siyahıya Albaniya, Çernoqoriya, İslandiya və Lixtenşteyn də əlavə edilmişdi. 2016-cı ildən embarqo Ukrayna üçün keçərlidir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir