Rusiya höküməti tatar lideri Mustafa Cəmilyevi Krıma buraxmır


Rusiya höküməti  tatar lideri Mustafa Cəmilyevi Krıma buraxmır
Krım-tatarları xalq məclisi nümayəndləri RF hökümətinin tatarların lideri Mustafa Cəmilyevi yarımadaya buraxmaması qərarına uyğun olaraq Krıma girən bütün yolları bağlayacaq.

Krım ordusu “Armyansk” keçid məntəqəsindən M. Cəmilyevi yarımadaya buraxmamasının ardından Məclis başda “Türk dairəsi (“Turetskiy val”) olmaqla bu şosseyə çıxan və Krım ərazisinə gələn bütün yolları bağlamağı qərara alıb.

Bundan əlavə regional məclisə Simferopol şəhərində, Kamensk rayonunda, “Zapadnaya” avtostansiyasında, Baxçasaray dairəsində keçid məntəqələri qurulması tapşırılıb.

Hökümətin milis və OMON qüvvələrini Armyansk keçidində topladığı haqqında xəbərlər gəzir.

Eyni zamanda Simferopolun mərkəzi meydanında “Krım müdafiəçiləri”ndən sayılan əynində qoruyucu gödəkcə olan 30-35 min silahlının toplandığı haqqında “Krım realii”-nin müxbiri məlumat verib. Buraya bir neçə xüsusi avtobusun da gətirilidiyi deyilir. Onların Armyanskiyə “Turkskiy val” keçid-nəzarət məntəqəsinə yollanacaqları güman edilir. Hazırda Armyanskdə krım-tatarlarının öz liderlərini qarşılama aksiyası keçirilir.

Bundan əvvəl xəbər verilmişdi ki, krım-tatarları xalq məclisi nümayəndələri xalq deputatı Mustafa Cəmilyevlə görüşüblər. Görüş Xerson vilayətinin Novoalekseevka rayonunda baş tutub. Siyasətçinin görüşünə 5 minə qədər tərəfdarının oplandığı haqda sosial şəbəkədə yazıblar. Aksiya hətta “Avto-Xıdırlez” adı alıb.

Minlərlə insan Mustafa Cəmilyevi Armyansk sərhəddində göz yaşları ilə qarşılayıblar. İnsanlar canlı koridor düzəldərək Cəmilyevi onun arasından keçiriblər. Krım tatarları OMON-çüların canlı koridorunu yarmaq istəyərkən onlar havaya atəş açıblar. Xəsarət alanın olmadığı deyilir.

Krım-tatar xalqının məclisindən bildirilər ki, Rusiya höküməti onların liderləri Mustafa Cəmilyevi yarımadaya buraxmazsa bu aksiyanı davam etdirəcəklər. Bu haqda Baxçasaray regional məclisinin başçısı Ahtem Çiyqoz bəyan edib.

Xatırladaq ki, M. Cəmilyev Moskva üzərindən Simferopola uçmaq istəyib, lakin Rusiya sərhədçiləri onun Krım ərazisinə buraxmayaraq geri- Kiyevə qaytarıblar.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir