Rusiya mediasında populyarlıq qazanmış «Davay do svidaniya» videoçarxının müəllifi həbs edildi


Rusiya mediasında populyarlıq qazanmış  «Davay do svidaniya» videoçarxının müəllifi həbs edildi
Rusiya KİV-nin, sosial şəbəklərinin və hətta müxalifətinin “dilinin əzbərinə” çevrilmiş “Tı kto takoy, davay do svidaniya ”- videoçarxının müəllifi həbs edilib.

Bu dəfə həmin ifadə ona qarşı çevirib “Tı kto takoy, davay do svidaniya” deyə azadlığa “əl yelləməli”” olub.

Hüqüq mudagiəçisi, “Talışi Sado” (“Talışın səsi”) qəzetinin baş redaktoru Hilal Məmmədov qadağan olunmuş maddə saxladığı üstündə həbs olunub.

Qeyd edək ki, Məmmədov həm də bu yaxınlarda Astarada toyda bədahətən deyilən “Davay do svidaniya” meyxanasını youtube.com saytina yerləşdirən müəllifdir. Bu videoçarx youtube.com inetrnet portalına yerləşdirilidikdən sonra həmin ifadə milyonların dilinin əzbərinə çevrilmiş, Rusiyada populyarlıq qazanmışdı.

Bakı polisi Hilal Məmmədovun qanunsuz narkotik maddə saxladığı üçün cümə günü həbs edildiyi haqqında məlumatı təsdiqləyib. Yenises.ru-nun “Turan” agentliyinə isinadən verdiyi məlumata görə dünən axşam saat 20:00 radələrində H.Məmmədovun evində axtarış aparılıb. Ailə üzvlərinin dediyinə görə müstəntiqlər narkotik maddəni evə atıb sonra da özləri tapıblar. Onu da deyirlər ki, H.Məmmədov ümumiyyətlə siqaret belə çəkmir.

Jurnalsitin cibindən 5 qram, evindən isə 28 qram heroin aşkar edilib.

Hilal Məmmədov müxalifətyönlü “Talışi Sado” (“Talışın səsi”) qəzeti və eyni adlı saytın baş redaktorudur.

Qəzetin əvvəlki redaktoru Novruzəli Məmmədov İrana cəsusluq etməkdə suçlanaraq 10 həbs cəzası almış və həbsxana xəstəxanasında dünyasını dəyişmişdir. Hökümət onu dövlət çevrilişində günahlandırmışdır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir