Rusiya Misir yığmasını məğlub edərək 8/1 finala vəsiqə qazandı


Rusiya Misir yığmasını məğlub edərək  8/1 finala vəsiqə qazandı
Bu gün Dünya Çempionatına ev sahibliyi edən Rusiya millisi ikinci turda Misir yığması ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən qarşılaşmanın birinci hissəsində Misir komandası güclü görünsə də, Rusiya yığması oyunun birinci hissəsinin ikinci yarısında təşəbbüsü ələ ala bilib. Lakin komandalar birinci hissəni qolsuz başa vurublar.

Oyunun ikinci hissəsinin ilk dəqiqələrində isə Rusiyanın hücumunun qarşısını almaq istəyən Ahmed Fehti topu öz qapısından keçirib. Beləliklə görüşün 47-ci dəqiqəsində Rusiya 1:0 hesabı ilə irəli çıxıb.

Bundan sonra oyun tam Rusiya yığmasının üstünlüyü ilə keçib. 59-cü dəqiqədə Çerışev Dzuyba və Samedovun qurğuğu kombinasiyadan sonra topu misirlilərin qapısından keçirib. Bu Çernışevin DÇ-nın ikinci turunda iki oyunda vurduğu 3-cü topdur.

2-ci qoldan 3 dəqiqə sonra Artem Dzuba fərqlənib. O rəqiblərinin cərimə meydançasında Heqazini aldararaq El-Şenavinin qoruduğu qapıdan 3-cü topu keçirərək ehsabı artırıb.

3:0 hesabı ilə qələbə qazanan rusiyalılar bir az arxayınlaşıblar. Və bundan sitifadə edən Misir oyunçuları Rusiya millsinin qapısında tez-tez təhlükəli qol vəziyyəti yaradıblar. Belə vəziyyətlərin birində- Moxammed Salaxın hücumunun qarşısnı sərtliklə alanaq onu yıxıblar. Hakim 11 metrlik cərimə nöqtəsini göstərib. Moxammed Salax cərimə zərbəsini dəqiq yerinə yetirərək İqor Akinfeyevin qapısından topu keçirib. Misirli forvard hesab arasındakı fərqi azaltmağa nail olsa da, onlar bundan sonra fərqlənə bilməyiblər. Misir millisini 3:1 hesabı ilə məğlub edən Rusiya komandası 8/1 finala vəsiqə qazanıb.

Məhəmməd
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir