Rusiya “Müsəlmanın günahsızlığı” filminin göstərilməsinə internet girişi bağlayacaq


Rusiya “Müsəlmanın günahsızlığı”  filminin göstərilməsinə internet  girişi bağlayacaq
Rusiya informasiya texnologiyası və kütləvi kommunikasiya nəzarəti federal xidməti (Roskomnadzor) rabitə operatorları və KİV-ə “Müsəlman günahsızlığı” filminin baxılmasına girişi baglamağı tövsiyyə edib.

Baş prokurorluq da eyni zamanda məhkəməyə bu filmin ekstermist baxışlı olduğu haqqında iddia göndərib. Filmin baxışına qadağa məhkəmənin qərarından sonra baş tutacaq.

Roskomnadzorun mətbuat xidmətinin katibi Vladimir Pikov: “Hər şey prokurorluğun nə istəməsindən asılı olacaq. Əgər qlobal şəbəkəyə və ya google.com, ya da youtube.com-un resurslarına giriş yasaqlanarsa, bu qeyri-mümkündür. Ancaq bu xahiş şəbəkənin rusdilli seqmentində xüsusi bir materiala aiddirsə, bu başqa məsələ”-deyə məsələyə aydınlıq gətirib.

NTV.ru xatırladır ki, bu gün məlum olub ki, Federasiya Şurasının üzvü Ruslan Qatarov Baş Prokuroruğa “Müsəlman günahsizlığı” filminə baxılmasını girişi bağlamaq haqqında daha əvvəl xahiş edibmiş.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir