Rusiya paytaxtında 28-ci Moskva Beynəlxalq kitab satış sərgisi açıldı


Rusiya paytaxtında 28-ci Moskva Beynəlxalq  kitab satış sərgisi  açıldı
Dünyanın 30 ölkəsindən Ruisya və xarici ölkələrin 400-dən artıq nəşriyyat məhsullarının iştirak etdiyi sərgidə Azərbaycan bu il müxtəlif adda 350 kitab, 150 jurnal, buklet və digər nümunələrlə təmsil olunur.

Ənənəvi açılış mərasimindən sonra mövzu rəngarəgliyi ilə seçilən mətbu nəşrlərinin təqdimat və satışına start verilib.

Açılış mərasimində çıxış edən Moskva Dövlət Dumasının sədri Sergey Narışkin bu ilki sərgidə müxtəlifliyinə görə mövzüların və kitab məhsullarının çox olduğunu söyləyir. O bu çoxluğun, seçim genişliyinin, əslində ən keyfiyyətlini ayırd etməyə zəmin yaradacağını vurğulayır.

VDNX-nın 75-ci pavilyonunda (Umumrusiya Xalq Təsərrüfatı Evi) açılan sərginin girişində EKSMO və AST nəşriyyatlarının studiyaları qurulub. Bir azdan orada kitab müəllifləri, tanınmış telejurnalistlərlə canlı ünisyyət başlayacaq. Sərginin ən görkəmli yerində Şərq ornamentləri ilə bəzədilmiş İran İslam Respublikasının lövhəsi görünür.

Rusiya paytaxtında 28-ci Moskva Beynəlxalq  kitab satış sərgisi  açıldı

İran klassiklərinin, müasir yazarlarının əsərləri təqdim olunan studiyada nəğməli qonaqlar rəqs və musiqilərlə ziyarətçiləri ətrafına toplayir. Əsl kitab bayramı abu- havasına köklənmiş iranlılar həm də 28-ci Moskva Beynəlxalq Kitab sərgisinin xüsusi tematik qonağı statusunda olduqları ilə fərləndiklərini belə nümayiş etdirirlər.

Bir az o tərəfdə qardaş Türkiyə Cümhuriyyətinin kitab kafesi diqqəti cəlb edir. Bu il Türkiyə sərgiyə daha çox tərcümə üçün əsərləri cəlb etmək niyyətiylə qatılıb. Türkiyə Mədəniyyət və Turizm nazirliyinin əməkdaşları Ramazan Təkin və Orhan Açıkgöz sərgidə nümayiş olunan kitabların oxuculara hədiyyə olaraq veriləcəyini bildirirlər.

Ən çox rus də ingilis dilinə çevrilmiş nəşr nümunələrini göstərməklə oxucuların diqqətini çəkəcək əsərləri seçməklə, onların istəyinə uyğunları nəşr etməyi düşünürlər.

Rusiya paytaxtında 28-ci Moskva Beynəlxalq  kitab satış sərgisi  açıldı

Qeyd etdiyimiz kimi, Azərbaycan bayrağı asılmış studiya sərgimizdə təqdim olunan nəşrlər mövzulara görə ayrılaraq rəflərə yerləşriilib. Azərbaycan tarixi, dövlətçiliyindən, müsiqi tariximiz, musiqiçilərimizdən bəhs edən kitablar ziyarətçilərin hansı kitabı harada axtarmasını rahatlaşdırır. Kitablarımızı sərgiyə gətirən nümayəndəmiz Çingiz Əlioğlu sərgimizi ziyarət edən oxuculara geniş məlumat verərək onlara son dövr nəşrlərini göstərir. Bu il köhnə nəşrlərlə yanaşı yeni yazarların və yeni nəşrlərin sərgiyə gətirildiyini qeyd edir-Çingiz Əlioğlu.

Rusiya paytaxtında 28-ci Moskva Beynəlxalq  kitab satış sərgisi  açıldı

Özbəkistan təmsilçisi Marat Abdullayev isə pavilyonun tam göbəyi sayılacaq yerdə canlı mətbəxiylə buradadır. Özbək mətbəxindən bəhs edən mahir aşbaz həm də ziyarətçilərə elə oradaca yemək bişirərək, “bir də dadına baxıb kitab alın”- deyir. Bizim Azərbaycan pitisini xatırldan, qoyun əti, noxud və müxtəlif ədavalarla hazırladığı supdan yeyənlər isə “Çitay Qorod”dan bu dadlı yemək sahibinin kitabını alıb, avtoqraf yazdırmağa tələsirlər. (Bu arada bu supun adını öyrənmək mənə nəsib olmur. Marat bəy mənim bu bizim Azərbaycan pitisidir-dediyimi təsdiqləyərək, mənim bişirdiyim pitidən fərqlidir, supdur-deyir. –red.T.V.).

Rusiya paytaxtında 28-ci Moskva Beynəlxalq  kitab satış sərgisi  açıldı

Digər bir pavilyonda isə uşaq hüquqlarının müdafiəçisi Pavel Astaxov kitabının təqdimatı ilə bağlı çıxış üçün mikrafona yaxınlaşır. Onu aqlışlarla qarşılayanlara xitabən, təmkinlə “Sizin bildiyiniz Astaxovam, bu eyforiyaya gərək yox”-deyə gülümsəyir. Bunun sadəliyi ilə heyranlarını ələ almaq jesti olduğunu düşünürəm.

Rusiyanın tanınmış yazıçıları, musiqiçiləri, o cümlədən digər ölkələrdən gələn müəlliflərin görüşləri, kitabimzalama mərasimi ilə müşaiyət olunan və 5 gün davam edəcək sərgidə oxucuları maraqlı proqramlar, viktorinalar gözləyir.

Onu da qeyd edək ki, bu il kitab sərgisini ziyarət etmək istəyələr üçün giriş biletləri 150 rubldan 100 rubla endirilib. Tələbə və məktəblilər üçün isə giriş pulsuzdur.

BMT-nin kitab təqdimatı studyasında beynəlxalq hüquq normalarından bəhs edən kitab, jurnal, büröşürlər pulsuz verilir.

Rusiya paytaxtında 28-ci Moskva Beynəlxalq  kitab satış sərgisi  açıldı

Xatırladım ki, 28-ci Moskva Beynəlxalq kitab sərgisində Azərbaycan, Albaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Belorusiya, Macarıstan, Almaniya, Venesuala, Çin, Kuba, Qazaxıstan, Qırğızıstan, Latviya, Ukrayna, Fransa, Yaponiya və sair ölkələr nəşriyyatları və müəllifləri ilə iştirak edirlər.

Əvvəlki illərdən fəqrli olaraq Ədəbiyyat ilində xüsusi qonaq statusunda bir deyil üç iştirakçı var: İran, Serbiya və Ermənistan.

Sentyabr ayının böyük ədəbiyyat hadisəsi olan Moskva Beynəlxalq kitab satış sərgisinin təməli 1977-ci ilin 6-14 sentyabrında qoyulub.

Onu da vurğulamaq yerinə düşər ki, Krım və Svestapol sərgidə ayrıca təmsil olunur.

Kitab sərgisindən Tünzalə Vəliqızı
Moskva, 2 sentyabr 2015


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir