Rusiya Qırğızıstana 30 milyon dollar ayırıdı və miqrasiya əvfini uzatdı


Rusiya Qırğızıstana  30 milyon  dollar ayırıdı və miqrasiya əvfini uzatdı
Moskva Qırğızıstanın dövlət büdcəsinə yardım etmək üçün Bişkekə təmənnasız 30 milyon dollar ayırıb. Bu haqda prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə Rusiya höküməti bu yaxınlarda Qırığızıstana maliyyə yardımı etmək üçün qərar qəbul edib.

“2018-ci ildə Moskva Qırğızıstanın 240 milyon dollar məbləğində dövlət borcunu silib””-deyə Uşakov xatırladıb.

Həmçinin Rusiya Qırğızıstan vətəndaşları üçün əvvəlki şərtlərlə aprelə kimi miqrasiya əvfinin müddətini uzadacaq. Axırıncı dəfə qırğızlara münasibətdə eyni prosedur 2018-ci ildə tətbiq edilmişdi. O zman da Rusiya ərazisində qalma müddəti bitdikdən sonra qaydanı pozan qırğız miqrantlara inzibati cavabdehlik daşımadan iki ay ərzində vətənlərinə gedib qayıtmalarna izn verilmişdi.

“”Qırğızlar üçün bu çox əhəmmiyyətli məsələdir: burada çox sayda Qırğızıstan vətəndaşı çalışır””-Uşakovun sözlərindən TASS agentliyi sitat gətirib.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir