Rusiya sülhsevərlik siyahısında 155-ci yerdə qərarlaşıb


Rusiya sülhsevərlik siyahısında 155-ci yerdə qərarlaşıb
Rusiya dünyada sülh istəyən ölkələr sırasında ən aşağıda yer alıb.

İqisadiyyat və Sülh institutu tərəfindən hazırlanmış “Sülhsevərlik reytinqi” siyahısında Rusiya 155-ci yerdə qərarlaşıb. Bu haqda xarici KİV məlumat yayıb.

Umumilikdə Qlobal Sülh- 2013 indeksi siyahısına 162 ölkə daxildir. Bu siyahıya görə ən sülhsevər ölkə İslandiya sayılır. İkinci yerdə Danimarka, üçüncü yerdə isə Yeni Zenlandiya durur.

Tədqiqat müəllifləri ictimai təhlükəsizlik və hərbiləşdirmək kimi faktorları nəzərə alaraq bu araşdırmanı aparıblar. Ekspertlərin fikrincə ümumiyyətlə 2008-ci illə müqayisədə sülhsevərlik səviyyəsi 5 faiz aşağı düşüb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir