Rusiya “Sürücülük vəsiqəsi”ni dəyişdi


Rusiya “Sürücülük vəsiqəsi”ni dəyişdi
Miqrantlar “vəsiqəsiz”qaldı
Yeni qanun xarici ölkə vətəndaşlarının müvafiq ölkədən aldığı sürücülük vəsiqəsi (hətta beynəlxalq hüquqlu olsa belə) ilə Rusiyada sürücü işləməsinə icazə vermir.

Rusiyada “Yol hərəkətinin təhlükəsizliyi haqqında” qanuna edilən dəyişiklik bü gün qüvvəyə minib. Qanuna edilən yeni dəyişikliklərə görə sürücülük vəsiqəsi yeni qaydalar üzrə veriləcək. Qanunda skuter və motosklet sürücüləri üçün yeni M kateqoriyası müəyyən edilib, 16 yaşına çatmış şəxslər bu kateqoriya üzrə sürücülük hüququ əldə edə biləcəkər. Bununla yanaşı, istənilən kateqoriya sahibi olan sürücülərə M kateqoriyası açmaq və buna görə imtahan vermək tələb olunmur.

Qanun hətta avtomatik otürücü karobkası olan avtomobilləri sürmək üçün imtahan verməyə icazə verir- həmin sürücüərin vəsiqəsində xüsusi qeyd olacaq. Əgər o “mexanika” ilə idarə olunan avtomobilə otürmaq istərsə, o zaman mexaniki ötürücülü karobkalı nəqliyyat vasitəsi sürmək üçün imtahandan keçməidir.

Sürücüük vəsiqəsinin məcburi dəyişdirilməsi qanunda nəzərdə tutulmur. Sürücülük vəsiqəsini onun müddəti bitən zaman dəyişdirəcəksən. Bundan başqa sürücülük vəsiqəsində kateqoriyalar saxlanılacaq. Əgər sürücünün C kateqoriyası varsa, ondan C1 tələb olunmur.

Rusiya DİN-nin məlumatına görə yeni düzəliş özün hazırlaşdıqdan sonra imtahan verməyi qadagan edir. Yəni sürücülər nəqliyyat vasitələrinin professional hazırlıq proqramını kedikdən və aidiyyatı təhsil orqanının sənədi aldıqdan sonra imtahan vermək hüququ əldə edəcəklər.

Bundan başqa, qanun yarım il – 2014-cü ilin may ayının 9-dan sonra xarici sürücülük vəsiqəsi olan sürücü şəxslərin sürücü işləməsini qadağan edir.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir