Rusiya telekanalları Zelenski və Poroşenkonun debatını göstərəcək


Rusiya telekanalları  Zelenski və Poroşenkonun debatını göstərəcək
Putinin debatı izləyəcəyi məlum deyil. Prezidentin mətbuat katibi Peskov isə izləyəcəyini bildirib.

Bəs debatı hansı rus media orqanlarının yayınlamasına gəlincə, Rusiya-24 telekanalı, Rossia Today və Dojd agentliklərinin adları var. Bu media orqanları izləyicilərə rus dilinə tərcüməni təmin edəcəklərinə söz verirlər.

Rusiya telekanallarında prezidentliyə namizədlər Vladimir Zelenski və Petr Poroşenko arasında aprelin 19-da keçiriləcək debat birbaşa nümayiş ediləcək.

Vəziyyətlə tanış olan mənbənin İnterfaks-a verdiyi mlumata görə debatı xüsusilə, Rusiya 24 kanalı yayınlamağı planlaşdırır.

Russia Today agentliyinin baş redaktoru Marqarita Simonyan xəbər verib ki, RT Russia saytı debatı transliyasiya edəcək. Onun sözlərinə görə RT-yə daxil olan Ruptly videoagentliyi də həmçinin debatı rus dilinə tərcümə ilə göstərəcək.

“Dojd”” un icraçı prodüseri Svetlana Gülyaeva deyib ki, “”Cümə günü telekanalın xüsusi buraxılışı olacaq və debat tərcümə ilə birbaşa efirdə yayınlanacaq””.

Cümə axşamı jurnalistlər, Kremlin Ukraynadakı prezidentliyə namizədləri arasında keçiriləcək debatı izlənəcəyi mövzusunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova sual ünvanlayıblar. O, Vladimir Putinin izləəcəyi söyləməkdə çətinlik çəkdiyini deyib, lakin özü etiraf edib ki, izləməsinə izləyəcək, sadəcə harada baxacağını düşünür.

Seçkilərin ikinci mərhələsinə daxil olan prezidentliyə namizəd Zelenski ilə Poroşenko arasında keçiriləcək debat aprelin 19-da saat 19: 00-da Kiyevin Olimpiya Stadionunda Baş tutatcaq. Debatı 60 mindən çox tamaşaçınin izləyəcəyi gözlənilir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir