Rusiya televiziya aparıcılarına “ədəbsiz danışıq”” qadağası gəlir”


Rusiya televiziya aparıcılarına "ədəbsiz  danışıq"  qadağası gəlir
Biz epataja yenicə başlayıb reytinq yiğmağa hazırlaşarkən Rusiya efiri nəhayət ki, özünə gəlib ədəbliləşməyi qərara alıb. Belə ki Rusiyada “Uşaqların sağlamlığına və inkişafına zərər verən informasiyadan müdafiə” haqqında qüvvəyə minəcək qanunda efirdə ədəbsiz sözlərin işlənməsinə qadağa qoymaq nəzərdə tutulur. Bunun üçün televiziyalara yasaqlanmış sözlərdən ibarət siyahı göndərildiyi də bildirilir.

Bu haqda məlumatı “ Exo Moskvı” radiostansiyasının baş redaktorunun müavini Vladimi Varfolomeev “canli jurnal”-ında paylashib. Onun sözlərinə görə mərkəzi kanallara efir üçün qadağan olunan sözlərdən ibarət siyahı verilib.

Aparıcılara “qoluboy” (“mavu”), “gey” “qemmoroy” (tibbi termin kimi işlənməyəndə) və bu səpkidən olan söyüşlü sözlər işlətməmək tapşırılıb.
Güman edilir ki, bu qadağan olunmuş sözlərin efirdə işlənməməsinin tətbiqinə 2012-ci il, sentyabrdan 1-dən “Uşaqların müdafiəsi haqqında” qanun qüvvəyə minən gündən başlanacaq.
Rusiya xəbərlər xidməi məlumat verir ki, teleaparıcı Petr Tolstoy TV-yə belə bir siyahının daxil olmadığını deyir.
“Belə bir siyahı yoxdur. Mən belə bir siyahı almamışam. Müəyyən etik sərhəd var ki, onu aşmaq qəbuledilməzdir. Əgər televiziya məhsulu bu sərhəddən kənara çıxırsa, onlar onu “16 yaşdan yuxarı” ifadəsi ilə işarə edir”-deyə o qeyd edib.

Yeri gəlmişkən, Varfolomeev təəccüblə deyib ki, belə çıxır ki, siyahı olmayana qədər də televiziyada bu qəbildən olan sözlərdən istifadə etmək olarmiş? “Yaxşı ki, televiziyaya az baxıram” –deyə bildirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir