Rusiya-Türkiyə hava uçuşları müntəzəm davam edəcək


Rusiya-Türkiyə  hava uçuşları müntəzəm davam edəcək
Türkiyə ilə aviaəlaqələrə məhdudiyyət qoyulmayacağı haqqında məlumatı “İntefaks”” agentliyi yayıb. Agentliyə vəziyyətlə yaxından tanış olan şəxs xəbər verib ki, Türkiyəyə qarşı sankisiyaların genişlənməsi Rusiya-Türkiyə arasındakı müntəzəm hava reyslərinə təsir etməyəcək.

Dekabrın 28-də Rusiya przidenti Vladimir Putinin Türkiyəyə qarşı sanksiya paketini imzalamasından sonra o ölkəyə uçuşları həyata keçirən hava nəqliyyatına da sanksiya tətbiq ediləcəyi xəbərləri dolaşmaqdadır. Türizm şirkətlərinə çağırış edilərək, Türkiyəyə çarter reyslərini yasaqlayan qərardan sonra birbaşa uçuşalara məhdudiyyət qoyulacağını ehtimal etmək əslində normaldır.

Rusiya mediası “”Sakit, Sakit!”” çağırışıyla Rusiya-Türkiyə arasındakı avianəqliyyatın mütəmadi şəkildə davam etdiyini və onun sanksiyaya düşməyəcəyini bəyan edir.

Xarırladaq ki, məlum 24 noyabr təyyarə insidentindən sonra Rusiya-Türkiyə arasındakı gərginlik yeni sanksiyalar seriyası ilə davam edir. Belə ki, Türkiyədən gətirilən bir sıra ərzaq mallarından sonra, türk vətəndaşlarının işə alınmasına, Rusiyadakı Türkiyənin hüquqi nəzarətində olan şirkətlərə və hüquqi şəxslərə, mehmanxana, tikinti biznesinə qadağa qoyulub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir