Rusiya Türkiyə istiqamətindəki uçuşlara qoyduğu məhdudiyyəti uzadacaq


İyunun 1-dən Türkiyəyə  təyyarə reyslərinə qoyulan məhdudiyyətin   uzadılacağı gözlənilir. Uçuşlar yenə əvvəlki rejimdə-məhdudiyyətlə həyata keçirilməyə davam edəcək. Bu haqa TASS  agentliyinə koronavirusa qarşı  mübarizə operativ qərargahına yaxın olan   iki  mənbə məlumat verib.

TASS-a danışan mənbə  “Türkiyəyə  uçuşlara qoyulan məhdudiyyət uzadıldı”-deyə bildirib. Hazırkı uçuş məhdudiyyəti qərarı  iyunun 1-nə kimi  qüvvədədir. 

Rusiya koronavirusun artamasına görə aprelin 15-dən iyunun 1-nə kimi Türkiyə  istiqamətində  sərnişin təyyarəsi reyslərinn sayını həftədə iki dəfə olmaqla azaltmışdı.  Bu reysləri “Aeroflot”  və  “Turkish Airlines”  hava nəqliyyatı  şirkətləri həyata keçirir. Həmçinin Tanzaniya istiqamətindəki reyslər də  dayandırılmışdı.

Yenises.ru

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir