Rusiya Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyindən şübhələnir


Rusiya  Türkiyənin  Suriyaya  hərbi müdaxilə  edəcəyindən şübhələnir
Türk-Suriya sərhəddində baş verənlər Türkiyənin Suriyaya hərbi müdaxilə etməyə intesiv şəkildə hazırlaşamasından xəbər verir. Bu bəyanatla Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov çıxış edib.

” Bizim Türkiyənin intensiv olaraq süveren dövlət olan Suriya Ərəb Respublikasının ərazisinə hərbi müdaxilə etməyə hazırlaşmasından şübhələnmək üçün ciddi əsaslarmız var. Türkiyə hərbi qüvvələrinin gizli hazırlığının Suriya ərazisində aktiv hərəkətə keçəcəyinə bir işarədir və bunun getdikcə daha çox atrdığını görürük -deyə Konaşenkov jurnalistlərə bildirib.

Onun sözlərinə görə bundan əvvəl Müdafiə nazirliyi Türkiyə hərbi artilleriya qurğusunun Latakiyanın şimalındakı yaşayış məntəqəsini atəşə tutması haqda beynəlxalq ictimaiyyətə təkzibedilməz videodəlil təqdim edib.

“”Bizi danışmaqda həvəsli olan Pentaqon, NATO və Suriyada insan haqlarını müdafiə etdiyini söyləyən çoxsaylı təşkilatların nümayəndələrinin bu hərəkətə reaksiya verməyə çağırdığımıza baxmayaraq , hələ də susmaları təəccübləndirir””. Bunları da hərbi nazirliyin nümayəndəsi söyləyib.

O, onu da xatırladıb ki, Rusiya Müdafiə nazirliyi yaxın Şərqdəki regionlarda kəşfiyyatın bütün sahələrində işini gücləndirib. “”Əgər Ankarada kimsə düşünürsə ki, Rusiya müşahidəçi üçüşlarının ləğv edilməsi ilə nəsiyə gizlədə biləcəklər, bu heç də professional deyil””-deyə Konaşenko fikrini yekunlaşdırıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir