Rusiya Ukraynaya nota göndərdi


Rusiya Ukraynaya nota göndərdi

Rusiya Ukrayna xarici işlər nazirliyinə Kiyevdə səfirlik binası qarşısındakı vəhşi hərəkətlərə etiraz edərək nota göndərib. Bu haqda RİA Novosti RF Xarici işlər naziri Sergey Lavrova istinad edərək xəbər verib.

“Gənclər tərəfindən hazırlanmış Rusiya səfirliyinə qarşı neonasist və digər ədəbsiz şüarların səsləndirilməsi ilə əlaqədar Ukrayna XİN-nə gühankarların üzə çıxarılıb cəzalandırılması və vurulan ciddi zərərin qarşılanmasını tələb edən rəsmi nota göndərilib””-deyə Rusiya XİN-nin başçısı deyib.

14 iyunda yüzlərlə aktivist Kiyevdəki Rusiya səfirliyi qarşısına toplaşaraq binanın damındakı bayrağı oradan çıxararaq cırıblar və diplomatlardan Ukraynanı tərk etməyi tələb ediblər.

“”Ukraynalılara bunu kim isə məsləhət görür fikrindən qurtula bilmirəm””-deyə baş verənlərlə bağlı Lavrov söyləyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir