Rusiya vətəndaşlığı almaq sadələşdirildi


Rusiya vətəndaşlığı almaq sadələşdirildi
RF prezidenti Putin xaricilər üçün vətəndaşlıq almaq qaydalarını sadələşdirən federal qanunu imzalayıb. Bundan əvvəl yeni qanun layihəsi parlamentin hər iki palatasında qəbul olunmuşdu.

Yeni qanuna əsasən Rusiyada yaşayan və rus dilində danışan xaricilər tələb olunan yaşama müddətini gözləmədən vətəndaşlıq ala biləcəklər. Müsahibə komissiyasından keçməklə onların rus dilini bilmək səviyyəsi müəyyənləşəcək..

Həmçinin vətəndaşlıq almaq istəyən xaricilər birbaşa qohumluq əlaqəsi olan yaxınlarından birinin Rusiya ərazisi, Rusiya imperiyasıvə və SSRİ-də yaşadığını təsdiq etməlidirlər. Bununla yanaşı RF vətəndaşı olmaq üçün xaricilər öz ölkənin vətəndaşlığından imtina etməsi lazimdir.

Bütün bunlardan əlavə “”Rusiya Federasiyasının vətəndaşlığı haqqında” sənəddə rus dilini bilənlərə sərhəddi keçəndə və yaşayış icazəsi almaq üçün güzəşt ediləcək.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir