Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına etiraz


Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova “Bazar axşamı Vladimir Solovyevla”” proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

“”Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər””-deyə qeyd edib.

Buna səbəb kimi Zaxarova ABŞ-ın Rusiyadakı səfirliyi qanunsuz marş edən etirazçıların tədbirinin harada, nə zaman keçiriləcəyi və bitəcəyi marşurutunu dərc etməsini göstərib. XİN nümayəndəsinin sözlərinə görə “”90% bu informasiya insanları aksiyaya qoşulmağa çağırıb””.

Zaxarova Almaniya KİV-nin də Rusiya Federasiyasının daxili işinə qarışmağa cəhd etdiyini bildirib. belə ki, Almaniyanın Deutsche Welle kanalı moskvalıları etriaz aksiyasına cıxmağa səsləyən çağırışı yayımlayıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir