Rusiya yığmasına salınmayan soydaşımız Aleksandr Səmədov diqqət çəkib


Rusiya yığmasına salınmayan soydaşımız  Aleksandr Səmədov diqqət  çəkib
“Dinamo” komandasının yarımmüdafiəçisi Aleksandr Səmədov danışıqlar üçün Moskvaya geri çağırılıb.

“Dinamo” komandasının azərbaycanlı Aleksandr Səmədovun “Lokomotiv” klubuna transfer etməsi haqqında məlumatlar dolaşır. Buna aydinlıq gətirmək üçün “Sovetskiy sport”un müxbiri Denis Butırski hazırda Avstriyada “Dinamo”nun məşqlərində iştirak edən futbolçu ilə telefon əlaqəsi saxlayib. Onlar arasında qısa sürən danışa belə olub.

-Siz Avstriyadan Moskvaya “Lotomotiv”lə müqavilə bağlamaq üçünmü geri dönürsünüz?”

– Bəli, mən Moskvaya uçuram, amma hələlik konkret bir şey deyə bilmərəm. Amma yaxın vaxtlarda bu aydın olacaq.

-Deməli “Loko” ilə hələ müqavilə bağlanmayıb?

-Kiminlə müqavilə bağlayacağımı bilmirəm. Amma danışıqlar üçün dönürəm.

-“Lokomotiv”lə?

-Yannız onunla deyil. Bir neçə varinat var. Rusiya və ya xarici klublarla, onu deyə bilmərəm. Mənim üçün hər şey gözlənilməz oldu. “Dinamo”dan hər hansı bir kluba keçəcəyimi düşünmürdüm. Amma situasiya elə dönür ki, bir adamın istəyinə görə klubu tərk etməli olursan.

-Demək, siz getmək istəmirdiniz?

Sadəcə bir nəfər mənim başqa kluba keçməyimin əleyhinə deyildi və ona görə…Yaxşısı budur bu barədə heç nə deməyim. Sizinlə görüşəndə ətraflı danışaram.

Aleksandr Səmədov “Sabah hər şeyi biləcəksiniz”-deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir