Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa vurdu


Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

“Əziz dostlarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım, arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün mənə güc verdiniz!””-deyə futbolçu yazıb.

Karyerasının başlanğıcında Səmədov “”Spartak”” komandasında oynayıb. Sonra paytaxtın “”Lokomativ””, “”Dinamo””, “”Moskva”” kimi klublarının idman şərəfini qoruyub. 2017-ci ildə yenidən “”Spartak”” komandasına qayıdıb. Bu ilin yanvarında isə Samaranın “”Krılya Sovetov”” klubuna keçib.

Aleksandr Səmədov 2011-ci ildən 2018-ci ilə kimi Rusiya yığmasının tərkibində 53 oyun keçirib. 2014-2018 -ci illərdə Dünya Çempionatı və 2016-cı ildə Avropa Çempionatında iştirak edib, 7 top vurub.

Onu da qeyd edək ki, Aleksandr Səmədov bir dönəm Azərbaycan yığmasından təklif alsa da, ondan imtina etdiyi üçün soydaşlarımız tərəfindən bu qərarı birmənalı qarşılanmamışdı.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir