Rusiyada əhalinin yalnız 3 faizinin koronavirusa qarşı immuniteti var


Rusiyada əhalinin yalnız 3 faizinin koronavirusa qarşı immuniteti var
Hazırda koronavirusa qarşı əhalinin 3 faizinin immuniteti var. Pospotrebnazorun başçısı Anna Papovaya istinadən bu barədə RİA Novosti məlumat verib.

Qurumun rəhbəri onu da qeyd edib ki, bu nəticəyə bədəndə koronavirusa qarşı test yoxlaması aparıldıqdan sonra gəlinib.

Aprelin 10-da Federal tibbi-bioloji agentliyi iki yeni test sistemi təqdim edib. Onlardan biri qanda koronovirusa qarşı bədənin müqavimətini müəyyən edir. Bu sistem gələn həftədən qydiyyatdan keçəcək.

Xatırladaq ki, aprelin 10-na olan məlumata görə Rusiyada koronavirusa yoluxanların sayı təxminən 12 mindir. Onlardan 7892 nəfəri Moskvada qeydə alınıb.


YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir