Rusiyada 16 yaşında maşın sürməyə icazə verilə bilər


Rusiyada 16 yaşında  maşın sürməyə icazə verilə bilər
Rusiyalı ekspertlər 16 yaşından sürücülük vəsiqəsinin verilməsi ideyası ilə çıxış ediblər. Bu ideya Almaniyadan gəlir, orada sükan arxasında oturmağa 16 yaşından icazə verilir. Lakin həddi-buluğa çatana kimi gənc sürücünü valideyni müşaiyət etməlidir.

Təcrübə göstərir ki, gənclər tez öyrənir və yolu daha yaxşı müşahidə edə bilirlər. Bundan başqa belə maşınlar praktiki olaraq qəza törətmirlər.

Nəqliyyat nazirliyi yanında professional nəqliyyat təhsili şurasının üzvü Vyaçislav Maksimıçevin “Rossiyskaya qazeta”ya söhbətində “sovet dövründə bizim ölkəmizdə də gənc sürücülər anlayışı mövcud idi. Aidiyyatı məktəblərdə təhsil aldıqdan sonra 16 yaşında sürücülük vəsiqəsi almaq olurdu. Bununla yanaşı gənc sürücülərə indi Almaniyada olduğu kimi müəyyən məhdudiyyətlər də qoyulurdu- deyib.

Hazırda Rusiyada 16 yaşında oxuyub “B” kateqoriyası almaq olar, lakin imtahan verməyə yalnız 18 yaşından sonra icazə verilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir