Rusiyada daşınmaz əmlak vergisinə yeni qayda gəlir


Rusiyada daşınmaz əmlak vergisinə yeni qayda gəlir
Dövlət Duması gələn həftənin sonuna kimi daşınmaz əmlakın vergisinə yenidən baxılacaq qanun layihəsini ikinci oxunuşda qəbil eməyi planlaşdırır. Bu haqda “Rosbalt””-ın müxbiri məlumat verib.

Bu qanun layihəsi hələ birinci oxunuşda 2004-cü ildə qəbul edilmişdi. Qanunun mətnində deyilir ki, danışnmaz əmlakın vergisi iki hazırkı vergini əvəz etməlidir-mülkiyyət və torpağa görə. İkinci oxunuşda təklif edilir ki, torpaq vergisi saxlanılsın, amma mülkiyyətə görə vergi isə obyektin kadastr qiymətinə uyğun olaraq hesablanmasın.

Obyektlərdən vergitutma siyahısına yaşayış binası (mənzil, otaq), qaraj, maşın yeri, bütünlükdə daşınmaz kompleks, yarımçıq tikili, həmçinin başqa tipli bina, struktur, inşaat daxildir.

Obyektin kadastr qiymətinə görə vergi hesablanmasını region və bələdiyyələr müəyyən edəcək. 2020-ci ilin 1 yanvarına qədər olan müddət keçid dövrü olacaq və bu müddətdə Rusiyanın subyektlərində vergi bazasının hesablanmasını müəyyən edilməlidir. Lakin bu müddət uzaqıla da bilər.

Mənzillərlə əlaqədar vergi bazası onun kadarstr dəyəri kimi müəyyən ediləcək. Bununla yanaşı limitli vergi məzənnəsi də qoyulacaq. Kadastr qiymətindən çıxış etsək-0,1% mənzillər, yaşayış binaları, qaraj, maşın yeri, təsərrüfat tikintisi(əgər onların sahəsi 50 kvadrat metrdən çox deyilsə) və 0,5% başqa binalar, inşaat, tikiliər üçün hesablanır. Verginin 2%-ə qədər artması kadasrt qiyməti 300 milyon rublu aşan daşınmaz əmlaklara aiddir.

Eyni zamanda region və bələdiyyələr məzənnəni sıfıra qədər azalda bilər.

Bununla yanaşı, bütün mövcud vergi güzəştləri saxlanılır. Lakin vergi güzəşti sadəcə vergiödəyənin bir obyekti üçün keçərlidir.

Vergini hər il oktyabrın 1-dən gec olmayaraq ödəmək lazimdir. Qanunun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi ehtimal olunur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir