Rusiyada dollar rekord təzələyir-67 rubldan yuxarı


Rusiyada dollar rekord təzələyir-67 rubldan yuxarı
Ruisya satış birjasında dollar bu gün yarım il əvvəlli maksimumuna çataraq 67 rublu keçib. Heftin qiymətinin enməsi fonunda avro da 75 rubla qalxıb.

ABŞ-ın yanacaq ehtiyatı haqqında məlumatından sonra neftin qiymətinin kəskin aşağı düşməsi Rusiya valyutasına mənfi təsirini göstərib. Bu ərəfədə neftin qiyməti 4%-dən çox ucuzlaşıb. ABŞ-ın neft ehtiyatı ötən həftə 2,62 milyon barrel artaraq 456,213 milyon barrelə şatıb. Bu göstərici orta hesabla 820 min barrel ixisar olunacağını proqnozlaşdıran analitiklər üçün də gözlənilməz olub.

Sberbank CIB-in valyuta və faiz həddi bazarı üzrə baş strategi Tom Levinson çərşənbə günü məlumat verib ki, Brent markalı neftin barreli 45 dollardan aşağı düşərsə, dollar 70 rubla qədər qalxacaq. Citi-nin iqtisadçıları isə hesab edirlər ki, yaxın 6-12 ayda dollar 70 rublluk şkalanı aşacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir