Rusiyada elektron poçt yazışmaları “süzgəncdən”” keçiriləcək”


Rusiyada  elektron poçt  yazışmaları "süzgəncdən" keçiriləcək
Belə bir qaydanın tətbiq olunması təklifi senatorlardan gəlib. Rusiyada yayımlanması qadağan edilən xəbərləri ötürənlərin elektron poçtları bloklanacaq. Bu qadağan olunmuş məlumatların yayılmaısnın qarşısını almaqla bərabər, vətəndaşları daşıyacaqları məsuliyyətdən bir növ qurtarmağa xidmət edir. Yeni qanun layihəsini Dövlət Dumasına təqdim edən müəlliflər belə düşünür.

Federasiya Şurası konstitusiya qanunvericiliyi komitəsinin sədri Andrey Klişas xəbər verib ki, həmmüəllifi olduğu “Rusiyada qadağan olunan məlumatları yayan istifadəçilərin elektron poçtlarının bloklanmasına icazə verən qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Klişasdan başqa bu qayda üzərində Aleksandr Başkin, Lyudmila Bokova və Aleksandr Karlin işləyib.

Klişas izah edib ki, indi elektron poçt xidmətləri və messencerlər üçün qanun yeni bir ifadə- “”informasiya mübadiləsi xidməti təşkilatçısı”” yaradır. Göstərilən təşkilatçılar üçün müvafiq inzibati cavabdehlik tətbiq olunur.

Bundan əlavə, qanun layihəsi yazışmaların məhdudlaşdırılması ilə bağlı qaydaları tənzimləməyə yönəlib. Senator, elektron poçt və ya messencerlə göndərilən fərdi mesajları deyil, istifadəçini tamamilə bloklamağı təklif edib. Bir sözlə, yazışmaların süzgəncdən keçiriləcək.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir