Rusiyada emiqrasiya etmək əhval-ruhiyyəsi artıb


Rusiyada emiqrasiya  etmək əhval-ruhiyyəsi  artıb
Rusiyada getmək istəyələrin sayı artır. “Levada”” sosial araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə 21 faiz ölkədən getmək istəyindədir. Xaricdə daimi yaşamaq istəyində olanların sayı may ayından bu yana dəyişib. . May ayında keçiriən sorğuda iştirak edənlərin 15 faizi bu istəkdə olduğunu bildirmişdi.

“”Levada-mərkəz””in verdiyi məlumata görə 18-24 yaşında olanlar arasında keçirilən sorğuda 53 faiz emiqrasiya etmək iəhval-ruhiyyəsində olduğunu deyiblər. May ayında bu yaşda olanların 37 faiz ölkəni tərk etmək istəyində idi.

25-39 yaş arasında olanların 30 faizi, 40-54 yaş arasında olanların isə 19 faizi daimi yaşayış üçün xaricə getməyi düşünürlər. 55 və ondan yuxarı yaşdlıların cəmi 7 faizi 7 faiz bu fikridədir.

Emiqrasiya etmək istəyənlərin əsas motivi isə uşaqlarına layiqli gələcək hazırlamaq üçün xaricdə iqtisadi şərait, tibbi xidmət və biznes qurmaq imkanlarının Rusiyadan daha yaxşı olmasıdır.

Sosioloqlar aydınlaşdırıblar ki, 20 faizin xaricdə qohumları və ya tanışları yaşayır. Son üç-dörd il ərzində rusiyalıların 79 faizinin xaricə yanına getmyə qohumu-tanışı yoxdur.

Sosial sorğu sentyabarın 26-sı oktyabrın 2-si aralığında keçirilib. Levada-mərkəzin məlumatına görə vətəndaşların böyük əksəriyyəti -77 faizi ölkədən getməyi düşünmür. 20 faiz isə hələ bunu etmək istəmir.

Ümumilikdə belə qənaətə gəlmək olar ki, ölkəni tərk etmək istəyən gənclərdir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir