Rusiyada Estoniyadan süd və balıq məhsulları gətirilməsinə qadağa qoyuldu


Rusiyada Estoniyadan süd və  balıq məhsulları gətirilməsinə  qadağa qoyuldu
Moldova çaxırı, Gürcü konyakı, Belorusiya əti, Ukrayna konfeti və bu dəfə Estoniya südü…

Rusiya kənd təsərrüfatı mallarına nəzarəti idarəsi ( Rosselxoznadzor) 9 yanvardan Estoniyadan süd və balıq məhsulları gətirən 11 müəssisəyə embarqo qoyub.

Rosselxoznadzor məlumat verir ki, süd məhsulu gətirən 5 müəssisə, balıq və balıq məmulatları gətirən 6 müəssisəyə qadağa qoyub.

İdarənin rəhbəri Sergey Dankvert ir müddət əvvəl “İnterfaks”a bəyan etmişdi ki, Estoniya müəssisələrinin süd və balıq məhsulları üzərində aparılan yoxlamanın nətcələrinə görə onların gətirilməsinə məhdudiyyət qoyulacaq.

Süd istehsalı ilə məşğul olan bu müəssiələrə xam südün tam yoxlamadan keçirilməməsi irad tutulur. Ayrılıqda yoxlama sistemi Gömrük ittifaqının yoxlama qaydalarına əsasən bütün gərəkli antibiotiklər qrupunu əhatə edə bilmir.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir